16 yaşlı Səma qəzadan sonra 8 gün yaşaya bildi...

16 yaşlı Səma qəzadan sonra 8 gün yaşaya bildi...

Aprelin 24-də İmişlidə baş vermiş ağır qəzada xəsarət alan qız Bakıda xəstəxanada vəfat edib.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin gün saat 23 radələrində İmişli-Bəhrəmtəpə yolunun Rəsullu kəndindən keçən hissəsində 1956-cı il təvəllüdlü Aydın Xankişiyevin idarə etdiyi “Lexus L570” və 1960-cı il təvəllüdlü Qaytaran Aslanovun sürdüyü “Mitsubishi Pajero” markalı avtomobilər toqquşub.

 

Q.Aslanovun avtomobilində olan sərnişin, 16 yaşlı İmanova Səma Sədi qızı ağır xəsarətlər aldığından Bakıdakı Respublika Nevrocərrahiyə Xəstəxanasına gətirilib. Lakin tibbi müdaxilələrə baxmayaraq o, mayın 2-də müalicə aldığı xəstəxanada vəfat edib.

 

Qeyd edək ki, qəzada iştirak edən “Lexus L570” markalı avtomobilin sürücüsü Aydın Xankişiyev İmişlidə tanınmış iş adamlarından biridir.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...