Dünya bazarında \"qara qızıl\" ucuzlaşdı – Azərbaycan neftinin yeni qiyməti

Dünya bazarında \

Dünən beynəlxalq birjalarda neft qiymətlərində kəskin enmə qeydə alınıb. 


Sfera.az xəbər verir ki, “Brent” neftinin qiyməti 79,8 dollardan 75 dollara, "Azeri Light" markalı neftin dəyəri isə 83,8 dollardan 79,04 dollara düşüb.


Neft qiymətlərinin bir gündə bu qədər enməsinin səbəbi qlobal səviyyədə neftə tələbin azalması və buna cavab olaraq OPEC+ ölkələrinin hasilatı yenidən azaltmaq qərarıdır.


Ümumilikdə, 2022-ci ilin noyabrından başlayaraq neft qiymətləri 2-3 həftəlik fasilələrlə öncə düşür, sonra yüksəlişə keçir. Müşahidələr göstərir ki, bu zaman diapozonunda qiymətlər 71-85 dollar arasında dəyişir. 


Hazırda neft qiymətləri enmə mərhələsindədir. Bu ilin aprelin 13-dən sonra “Brent” neftinin qiyməti 12 dollar enib. Bir neçə gündən sonra qiymətlərin yenidən 80 dollara yüksələcəyini proqnozlaşdırmaq olar. 


Qeyd edək ki, mövcud qiymət səviyyəsi Azərbaycan üçün əlverişlidir. Dövlət büdcəsində neftin orta ixrac qiyməti 50 dollardan hesablanıb. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR