İmran Ağayev azadlığa buraxıldı

İmran Ağayev azadlığa buraxıldı

Rüşvət ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının baş həkimi İmran Ağayev azadlığa buraxılıb.

 

Sfera.az xəbər verir ki, o, cəza müddətinin üçdə ikisini çəkdiyi üçün şərti olaraq vaxtından əvvəl azad edilib. Məhkəmə Ağayevin müraciətini təmin edib və o, bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

 

Xatırladaq ki, İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VİP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə bu il aprelin 22-də onun cəza müddətinin üçdə iki hissəsi tamam olub.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...