“İslahatçı Gənclər” Özbəkistanda çoxsaylı görüşlər keçirdi - FOTOLAR

“İslahatçı Gənclər” Özbəkistanda çoxsaylı görüşlər keçirdi - FOTOLAR

“İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində səfərdə olub.

 

Sfera.az xəbər verir ki, birliyin sədri Fərid Şahbazlı və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Özbəkistanın bir sıra dövlət orqanlarında, media qurumlarında görüşlər keçiriblər.

 

Azərbaycan heyəti ilk olaraq, Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər. Ziyarət çərçivəsində qonaqlar Azərbaycanın Özbəkistandakı Fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev və mərkəzin direktoru Samir Abbasovla görüşüblər.

 

“İslahatçı Gənclər” İctimai Birliyinin heyəti daha sonra Özbəkistanın Gənclərlə İş üzrə Dövlət Agentliyində olublar. Azərbaycan heyəti Dövlət Agentliyi sədrinin müşaviri Mehrinoz Abbasovla görüşdə ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti haqqında geniş məlumat verib, iki ölkənin gənclər təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsinə diqqət çəkiblər.


Qeyd olunub ki, hər iki ölkənin müvafiq dövlət orqanlarının dəstəyi ilə gənclər təşkilatlarının yerli və beynəlxalq səviyyədə birgə layihələr icra etməsinə, qarşılıqlı səfərlərin intensivləşdirilməsinə ciddi ehtiyac var.

 

Azərbaycanlı gənclər daha sonra Daşkənd Maliyyə İnstitutu və Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetini ziyarət ediblər. Hər iki universitetin rektoru, professor-müəllim heyəti və tələbələri ilə keçirilən görüşlərdə Azərbaycanla bağlı birgə tədbirlərin təşkili, tələbə gənclərin qarşılıqlı səfərləri və təhsil sahəsində birgə əməkdaşlığın genişləndirilməsi ilə bağlı çox mühüm müzakirələr aparılıb.
Özbəkistanlı tələbələr qarşısında çıxış edən Azərbaycan heyəti ölkəmizin tarixi, mədəniyyəti, inkişaf tempi, 44 günlük Vətən müharibəsindəki böyük zəfərimiz haqqında təqdimat edərək, geniş məlumat veriblər.

 

“İslahatçı Gənclər” İctimai Birliyinin heyəti səfər çərçivəsində eyni zamanda Özbəkistanın tanınmış media qurumlarını ziyarət edib. F.Şahbazlı və H.Heydərli Özbəkistanın M5 TV, Sevimli TV, Darakci.uz, Daryo.uz və digər kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüblər. Görüşlərdə Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Özbəkistanın M5 Televiziyası və Darakci.uz informasiya agentliyi Azərbaycan heyətinin Özbəkistan səfəri ilə bağlı geniş materiallar hazırlayıblar.

 

F.Şahbazlı və H.Heydərli Özbəkistan mediasına müsahibəsində Azərbaycan həqiqətləri haqqında danışıb, iki ölkənin dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün birgə layihələrin zəruri olduğuna diqqət çəkiblər.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...