DİN İrandan idarə olunan bu şəbəkəni ifşa etdi - VİDEO

DİN İrandan idarə olunan bu şəbəkəni ifşa etdi - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Azərbaycanda dini radikalizmin təbliği və digər pozuculuq fəaliyyəti ilə məşğul olan daha bir şəbəkə ifşa edilib.

 

Sfera.az-ın məlumatına görə, narkotik satışından maliyyələşən həmin şəbəkənin üzvləri polisin keçirdiyi əməliyyatla həbs olunub.

 

Məlum olub ki, həbs edilən şəxslər yardım adı altında narkotik aludəçiləri və xurafata meylli şəxsləri əməkdaşlığa cəlb edərək narkotiklərin satışını təşkil etdiriblər. Bu yolla “kərimə dövləti”nin əlaqələrini dərinləşdirməyə çalışıblar.

 

Bundan başqa, onların əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirdiyi üzə çıxıb.

 

Polis tərəfindən ifşa olunan dəstə üzvlərinin pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli faktlar aşkarlanıb. Məlum olub ki, həmin şəxslər radikal əməllərini heç vaxt inkar etməyib, vətəndaşı olduqları ölkənin qanunları ilə deyil, özlərinə lider hesab etdikləri “ağanın qaydaları” ilə yaşayıblar.

 

Qruplaşmanın başqa üzvlərinin də olduğu istisna edilmir.(qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...