Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - VİDEO

Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - VİDEO

Bu gün sosial şəbəkələrdə Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib. Onun daha sonra polisə müqavimət göstərməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə yayılıb.

 

Sfera.az xəbər verir ki, metronun "Əcəmi" stansiyası yaxınlığında lentə alınmış görüntülərdən avtomobili nömrəsiz idarə edən şəxsin yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmaması, maşını polislərin üzərinə sürməsi və DYP-yə məxsus xidməti avtomobili qəsdən vurması əks olunub.

 

Hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin sürücü artıq saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: “Sürücünün barəsində araşdırma aparılır, toplanmış materiallar məhkəməyə təqdim ediləcək”.

 

 


OXŞAR XƏBƏRLƏR

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə TİKA arasında əməkdaşlıq - FOTO

Lənkəran Elmi Təcrübə Mərkəzi ərazisində iki istixana istifadəyə verilib. Yeni istixanalar vasitəsi ilə bir il ərzində 20.000 ədəd sitrus və 100.000 ədəd ç...

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...