Bakının havasında dəm qazının miqdarı artdı

Bakının havasında dəm qazının miqdarı artdı

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

 

Sfera.az kologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.4, dəm qazı 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.2, Sumqayıt şəhərində 1.1 dəfə yüksək müəyyən edilib.

 

Sinoptik vəziyyətə və toz proqnoz modellərinə əsasən müşahidə olunan toz transsərhəd xarakterlidir.

 

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.


OXŞAR XƏBƏRLƏR

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...

Çində güclü sel: 110 mindən çox insan təxliyə edildi

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlara görə təxminən 73 min nəfər təxliyə olunub.   Sfera.az xəbər verir ki, bu barədə...

Rusiyada öldürülən qardaşların meyiti Bakıya gətirildi

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.   Sfera.az xəbər verir ki, “Ural Hav...