Prorektoru öldürən şəxs 12 il sonra tapıldı

Prorektoru öldürən şəxs 12 il sonra tapıldı

“Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektorunu öldürməkdə şübhəli bilinən şəxs 12 il sonra müəyyən edilib.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda bildirilib.

 

Belə ki, Baş Prokurorluq və DİN əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində 12 il əvvəl törədilərək bağlı qalmış xüsusilə ağır cinayətin açılması təmin edilib.

 

Belə ki, 16 sentyabr 2011-ci il tarixdə 1942-ci il təvəllüdlü Tariyel Əhmədovun yaşadığı binanın yaxınlığında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

 

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib.

 

Həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla 1977-ci il təvəllüdlü Dəyanət Quliyevin tamah məqsədi ilə Tariyel Əhmədova küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Dəyanət Quliyev iş üzrə cari il aprelin 27-də Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

 

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...

Çində güclü sel: 110 mindən çox insan təxliyə edildi

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlara görə təxminən 73 min nəfər təxliyə olunub.   Sfera.az xəbər verir ki, bu barədə...

Rusiyada öldürülən qardaşların meyiti Bakıya gətirildi

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.   Sfera.az xəbər verir ki, “Ural Hav...

Rusiyada öldürülən qardaşların dəfn yeri açıqlandı

Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar-Ziyəddin və Hüseyn Səfərov Ağcabədidə dəfn ediləcək.   S...