“5 ulduzlu otellərin hamısı dolub” – Ekspert səbəbləri AÇIQLADI

“5 ulduzlu otellərin hamısı dolub” – Ekspert səbəbləri AÇIQLADI

“Formula 1 yarışlarına görə paytaxta həm azarkeşlər, həm də turistlərin axını olur. Bir çox hallarda Bakıya gələn turistlərin regionlara üz tutması da baş verir”.

 

Bunu Sfera.az-a açıqlamasında “DAİR” Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

 

Müsahibimiz qeyd edib ki, tələb artdığına görə otellərin qiymətlərində də artım müşahidə edilir:

 

“O cümlədən, otellərdə yerlər azalır. Otellərlə yanaşı, qısamüddətli icarəyə verilən mənzillərin qiymətlərində də bahalaşma qeydə alınır. Bu isə təbii prosesdir. İrimiqyaslı tədbirlərin keçirilməsi zamanı hər hansı turizm destinasiyasında qiymətlər nisbətən artır. Tələb və təklif arasındakı qanunauyğunluq buna gətirib çıxarır”.

 

Ekspert bildirib ki, qiymət artımlarına təəccüblənmək lazım deyil: “Təxmini statistikaya əsasən, Bakı şəhərində fəaliyyət göstərən iri, mərkəzdə yerləşən 5 ulduzlu otellərin bu gün demək olar ki, satışa çıxarılası yerləri yoxdur. Yəni tam doludurlar. Digər kateqoriyalara aid olan, mərkəzdə yerləşən yerlərin də 70-80 faizi artıq tutulub. Bu da hazırkı mövsüm üçün yüksək hesab oluna bilər. Təbii ki, sözügedən prosesə səbəb Formula 1 yarışlarıdır”.

 

Qeyd edək ki, sabah Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi başlayacaq.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...

Çində güclü sel: 110 mindən çox insan təxliyə edildi

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlara görə təxminən 73 min nəfər təxliyə olunub.   Sfera.az xəbər verir ki, bu barədə...

Rusiyada öldürülən qardaşların meyiti Bakıya gətirildi

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.   Sfera.az xəbər verir ki, “Ural Hav...

Rusiyada öldürülən qardaşların dəfn yeri açıqlandı

Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar-Ziyəddin və Hüseyn Səfərov Ağcabədidə dəfn ediləcək.   S...