General Kərəm Mustafayevlə qardaşı həbs olunub?

General Kərəm Mustafayevlə qardaşı həbs olunub?

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin həbs olunması ilə bağlı xəbərlər yayılıb. Artıq bir neçə gündür ki, bu xəbər Naxçıvan əhalisi arasında sürətlə yayılır. Kərəm Mustafayevin həbs olunması xəbəri ən əsas müzakirə mövzusudur.

Sfera.az xəbər verir ki, bu barədə musavat.com-u məlumatlandıran mənbə həmçinin onu da iddia edir ki, generalın qardaşı Nemət Mustafayev də həbs edilib.

Mənbə bildirir ki, Nemət Mustafayevin həbs edilməsinin səbəbinin tikinti sektorunda yol verdiyi külli miqdarda yeyintidir.

Qeyd edək ki, Naxçıvanda olan hərbi hissələrdəki bütün tikinti işlərinə K.Mustafayevin qardaşı nəzarət edirdi. Nemət Mustafayevin nəzarət etdiyi tikinti işlərində ciddi yeyinti halları aşkarlanıb.

Hadisələrin üstü Nemət Mustafayevin hərbi hissələrdən birində yüksək rütbəli hərbçi ilə arasında baş verən davadan sonra açılıb. Belə ki, N.Mustafayev mülki şəxs kimi bütün hərbi hissələrdə qardaşına görə “söz sahibi” olub. O, mülki şəxs olsa da ən yüksək rütbəli hərbçilərə belə əmrlər verirmiş, hətta onları təhqir edirmiş. Bir neçə gün əvvəl yüksək rütbəli hərbçilərdən birini təhqir edən N.Mustafayev bunun cavabını yumruq zərbəsi ilə alıb.

Redaksiyamızı bilgiləndirən mənbə deyir ki, N.Mustafayevi vuran hərbçi hazırda həbsdədir. Həmin hərbçi isə Müdafiə Nazirliyində yüksək post tutan şəxslərdə birinin adamı olub. Həbsdə olan hərbçi vəziyyəti nazirliyə çatdıra bilib. Baş verən hadisədə N.Mustafayevin günahkar olduğu, buna sübut kimi isə hadisəyə şahidlik edən şəxslərin olması göstərilib.

Mənbə bildirir ki, bu qalmaqladan sonra N.Mustafayevin fəaliyyəti araşdırılmağa başlanılıb. Onun qardaşının tutduğu postdan istifadə edərək bir neçə dəfə bu cür hallara yol verməsi aşkarlanıb. Daha sonra N.Mustafeyevin nəzarət etdiyi tikintidə yol verdiyi yeyintilər aşkarlanıb. Məlum olub ki, o daha çox tikintilərdə canlı qüvvə kimi hərbi hissələrdəki əsgərlərdən istifadə edirmiş. Bununla da işçi qüvvəsinə ayrılan vəsaiti mənimsəyirmiş.

Mənbə N.Mustafayevin həbsindən sonra general K.Mustafayevin də həbs edildiyini iddia edir. K.Mustafayevin həbsinin səbəbi isə yol verilən yeyintiyə nəzarət etməməsi, buna bir başa cavabdeh olduğu halda göz yumması göstərilir.

Bundan əlavə generalın “MTN işi” ilə əlaqəsinin olduğu da iddia olunur.

Məlumatlı mənbə deyir ki, hazırda generalın həbs edilməsi səbəbi kimi bu iki iddia var. Lakin ən çox danışılan isə küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsidir.

Onu da əlavə edək ki, xəbər rəsmi qaynaqlardan təsdiqlənmədiyi üçün biz bu xəbərin gerçək olduğunu iddia etmirik. Buna baxmayaraq xəbərin ictimai və siyasi əhəmiyyətini dərk edərək yaymaq məcburiyyətindəyik. Həm də ona görə ki, bu məlumatla bağlı rəsmi qaynaqlardan məlumat ala bilmirik.


OXŞAR XƏBƏRLƏR

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...