Mikayıl Cabbarov Prezident İlham Əliyevin təbriklərini güləşçilərə çatdırdı - FOTOLAR

Mikayıl Cabbarov Prezident İlham Əliyevin təbriklərini güləşçilərə çatdırdı - FOTOLAR

Xorvatiyanın Zaqreb şəhərində keçirilən güləş üzrə Avropa çempionatında idmançılarımızın uğurlu nəticələri ilə bağlı tədbir keçirilib.

 

Azərbaycan Güləş Federasiyasından (AGF) Sfera.az-a verilən məlumata görə, tədbirdə AGF rəhbəri Mikayıl Cabbarov qitə birinciliyində qazanılmış tarixi uğurlarla bağlı idmançılara Prezident İlham Əliyevin təbriklərini çatdırıb.

 

Vurğulanıb ki, artıq bütün sərhədlərimiz boyunca Azərbaycan bayrağı dalğalanır və güləşçilərimiz Avropa çempionatında qazandıqları uğurları sərhədlərimizi qoruyan hərbi qulluqçularımıza, Ali Baş Komandana və Azərbaycan xalqına həsr edir.

 

Bildirilib ki, sentyabrda Serbiyada təşkil ediləcək güləş üzrə dünya çempionatı 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalar qazandıracaq və bu baxımdan həmin yarış böyük önəm kəsb edir. Dünya çempionatında uğurlu nəticələr əldə etmək üçün federasiya tərəfindən hər cür şərait yaradılacaq. Regionlarımızda da güləşin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına indidən hazırlaşmaq üçün U-15 və U-17 yaş qruplarına xüsusi diqqət ayrılması da vacibdir.

 

AGF-nin baş katibi Nəsimi Musayev, milli komandaların baş məşqçiləri Xetaq Qazyumov, Semyon Çterev, Aleksandr Tarakanov, aparıcı güləşçilərimiz Eldəniz Əzizli, Əliabbas Rzazadə, Jalə Əliyeva, AGF İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev və Fərid Mansurov çıxış edərək qazanılan uğurlar və hədəflərdən danışıb, güləşin inkişafı üçün təkliflərini səsləndiriblər.

 

Tədbirdə yeniyetmə və gənc nəslin sağlam ruhda yetişməsi və onlar arasında idmanın təşviqi, eləcə də regionlarda güləşin inkişafı istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, qitə birinciliyində Azərbaycan güləşçiləri 5 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 14 medal qazanıblar. Sərbəst güləş üzrə yığma komanda hesabında 1-ci, yunan-Roma güləşi üzrə milli isə 2-ci yeri tutub.


OXŞAR XƏBƏRLƏR

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanı...

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keç...

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA)...

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər...

Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Oxu....

Nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT - FOTO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib.   Sfera.az xəbər verir ki,...