“Baku Electronics”in satdığı məhsul müştərini hər gün PARTLAYIŞ səsi ilə OYADIR – ŞİKAYƏT/FOTOFAKT

“Baku Electronics”in satdığı məhsul müştərini hər gün PARTLAYIŞ səsi ilə OYADIR – ŞİKAYƏT/FOTOFAKT

Son illər Azərbaycanın istehlak bazarında ciddi problemlərin şahidi oluruq. İldən-ilə Azərbaycanın ticarət şəbəkəsində ad qazanan  nəhəng şirkətlərdən şikayətlənənlərin sayı durmadan artır. Marka və məhsullarını fəaliyyət göstərdikləri ölkələrin reklam lövhələrində tanıdan bu şirkətlər istehlakçıların pulunu alıb, onlara keyfiyyətsiz mallar satırlar. Ən çox şikayətlər isə məişətdə istifadə olunan mürəkkəb-texniki cihazların satışı ilə bağlı olur.Keyfiyyətsiz malı dəyişmək, yaxud qaytarmaq isə sonradan müşkül məsələyə çevrilir. Əvvəlcə müştərisinə “yağlı” vədlər verib məhsulunu “sırıyan” şirkət problem yarananda məsələdən çox rahatlıqla sıyrıla bilir. Keyfiyyətsiz məhsuluna toz qondurmamaq üçün şikayətlənən müştərisinə kömək etmək əvəzinə, müxtəlif variantlar gətirirərək, öz təbirlərində istehlakçını günahkar çıxarmalı olurlar.  Belə şirkətlərdən biri “Samsung” un rəsmi distribütoru olan “Baku Electronics ”ticarət mərkəzidir.

 

Sfera.az xəbər verir ki, Bizim.Media-ya adının açıqlanmasını istəməyən Bakı sakininin 4 ay əvvəl “Baku Electronics” dən aldığı qaz plitəsinin keyfiyyətsiz və nasaz olması ilə bağlı şikayət məktubu daxil olub.



Vətəndaşın bildirdiyinə görə aldığı müddətdə məişət cihazı doğru-dürüst işlək vəziyyətdə olmayıb. Əksinə ailə üçün əməlli-başlı kabusa çevrilib:



“Dekabrın 14-də  “Baku Electronics ”in Nərimanov rayonundakı mağazasından 950 manat məbləğində 3 il zəmanətlə qaz plitəsi aldım. Evə gətirilib quraşdırılandan bir neçə gün sonra partlayış səsindən dik atıldıq. Qaz plitəsindən çıxan partlayışın zərbəsi yaşadığım binadakı işıq sistemini bütünlüklə sıradan çıxarmışdı. Dərhal şirkətin servisinə məlumat verdik. Servis əməkdaşı plitəni yoxlayandan sonra partlayışı  elektrikdə olan problemlə əlaqələndirdi. Bir müddət sonra analoji hal yenidən yaşandı. Təkrar servis əməkdaşına müraciət etməli olduq. Cihazı yoxlayan servis əməkdaşı bu dəfə məhsulun nasaz və istifadəyə yararsız  və dəyişdirilməli olduğunu bildirdi. Şirkət isə məhsulun 21 gün sonra dəyişdirilə biləcəyini deyir”. 



Nasaz məhsulla aldadılan müştəri problemin yerində həll edilməməsindən gileylənib. Onun sözlərinə görə özləri ilə yanaşı yaşadıqları binadakı sakinləri, eləcə də bütün elektrik şəbəkəsini təhlükə altına salan plitənin bu qədər uzun müddətə dəyişdirilməsi anlaşılan deyil
“Halbuki bu durumdan şirkət də xəbərdardır. Dəfələrlə müraciətlərimizə baxmayarq eyni cavab verilir. İndi nə edək? Günümüzü partıltı səsi ilə açıb, 21 günü gözləyək? İstifadəsi mümkün olmayan plitə ilə binanın işıq sistemini sıradan çıxara-çıxara yaşayaq? İstehlakçıya vəd etdikləri yüksək xidmət budur?  Artıq zənglərimizə belə məhəl qoyulmur”. 



Şikayətçi üzləşdiyi problemdən dolayı vətəndaşları da ayıq-sayıq olmağa çağırıb. 

Sayt məsələ ilə bağlı “Bakı Electronics”lə əlaqə saxlayıb. Şirkətin nümayəndəsi Ozan Okumuş cavab olaraq problemin araşdırılacağını bildirib.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...