Rəssamlığımızın MƏHƏBBƏT TANDEMİ – Lətif Feyzullayev və Vəcihə Səmədovanın SƏNƏT YOLU

Rəssamlığımızın MƏHƏBBƏT TANDEMİ – Lətif Feyzullayev və Vəcihə Səmədovanın SƏNƏT YOLU

Onlar müxtəlif məkanlarda və müxtəlif illərdə doğulsalar da, tale onları bir məkanda və bir ünvanda rastlaşdırdı. Bu təsadüf hər iki şəxsin şəxsi həyatında və sənət yollarında taleyini müəyyən etdi. 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda birləşən talelər bir ömür davam etdi. Bu istedadlı insanları yalnız ölüm ayıra bildi. Söhbət görkəmli Azərbaycan rəssamı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədova və onun həyat yoldaşı, sənət dostu Əməkdar incəsənət xadimi Lətif Feyzullayevdən gedir. 



Vəcihə xanım 1924-cü ildə Lətif bəy isə 1918-ci ildə anadan olublar. Rəssamlığa olan böyük maraq onları  Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna gətirib çıxarıb. 15 yaşlı Vəcihə ilə 21 yaşlı Lətif bu texnikumda tanış olublar. Eyni kursda oxuyub, eyni auditoriyanın havasını udub, eyni ustadlardan dərs alıblar. Sənətə sevgi onları bir-birinə çox doğmalaşdırıb. 6 il davam edən doğma münasibət 1945-ci ildə rəsmiyyətə köçüb. İki istedadlı rəssam məhz bu ildə ailə qurublar.   



Azərbaycan rəngkarlığının kraliçası



Azərbaycanın ilk peşəkar qadın rəngkarı olan Vəcihə Səmədova Azərbaycan təsviri sənət tarixində öz layiqli dəsti-xətti və yaradıcılıq manerası ilə seçilən sənətkarlarımızdandır. Onu zamanında Azərbaycan rəngkarlığın kraliçası da adlandırıblar. O portret yaradıcılığında böyük uğurlara imza atıb. Onun portret əsərlərinə misal olaraq “Avtoportret”, “Aktrisa Leyla Bədirbəylinin portreti”, “Sürəyya Kərimovanın portreti”, “Söhbət İbrahimovanın portreti”, “Gənc skripkaçı”, “Geoloq Minurə Məmmədbəylinin portreti” və digər əsərləri portret janrında yaradılan ən gözəl boyakarlıq əsərlərindəndir. 



Qısa ömür yaşayan və fitri istedada malik olan Vəcihə Səmədovanın fərdi sərgiləri dəfələrlə Bakı, Moskva, Sofiya və digər şəhərlərdə uğurla nümayiş etdirilib. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub. Vəcihə Səmədova 1965-ci ildə vəfat edib. 



Sevgidən doğan əsərlər



Vəciə Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzir. Bunun bəhrəsi olaraq "Kür qırağında", "Mahnı", "İntizarda", "Toya hazırlıq" tematik tabloları, "Qoşqar yaylağında", "Göy göl", "Kəpəz", "Kür sahillərində" silsilə mənzərələri kimi əsərlər yaranır.



Yaratdığı əsərlərlə təsviri sənət xəzinəmizin zənginləşməsinə töhfələr verən görkəmli fırça ustalarımızdan biri də Əməkdar incəsənət xadimi Lətif Feyzullayev isə 1918-ci ildə anadan olub. Sənətkarın əsərləri dünyanın tanınmış muzey və şəxsi kolleksiyalarının daimi eksponatına çevrilib.



Lətif Feyzullayev Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu  başa vurduqdan sonra təhsilini Moskvada V.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutunun Rəngkarlıq fakültəsində davam etdirir. Bu məşhur təhsil ocağında təsviri sənət ustaları Moçalski, Pokarjevski və Qrabardan rəssamlığın sirlərini öyrənir. Hələ tələbə ikən yaratdığı “Qaçaq Nəbi” və “Qatır Məmməd” kimi tarixi mövzulu əsərləri ilə respublika sərgilərində iştirak edir.



Qara qızılın romantikası



Onu da qeyd edək ki, 1950-ci ildə Neft Daşlarının istismarına başlanır. Bu dövrdən rəssamın yaradıcılığında Xəzər neftçilərinə həsr olunmuş yeni, romantik mövzulu silsilə əsərlər meydana çıxır. Bu mənada müəllifin “Vaxta”, “Küləkli gün”, “Tufandan qabaq”, “Fontan” və s. əsərləri xüsusi maraq doğurur.



Abşeronun təkrarolunmaz təbiəti təsviri sənət aləmində qısa müddətdə tanınan və sevilən L.Feyzullayevi parlaq rəng üslubu ilə seçilən bir sıra orijinal mənzərələr yaratmağa həvəsləndirir. O, bu arzu və məqsədlə “Abşeronda bahar”, “Buruqlar”, “Yay”, “Kəndin köhnə hissəsi”, “Abşeron qumları”, “Qayalar”, “Abşeron bağları” və digər əsərlərini ərsəyə gətirir. Görkəmli fırça ustası 1987-ci ildə vəfat edib.



Bu gün onlar həyatda olmasalar da yaratdıqları qiymətli sənət əsərləri yenə də dünyanın məşhur muzeylərini bəzəyir, sənətsevərləri təəccübləndirir və ehtiramla yad olunurlar.



Qeyd edək ki, dahi cütlüyün övladı Nicat Feyzullayev də incəsənət adamı olub. O, kinorejissor və ssenari müəllifi kimi tanınıb. “Axırıncı Aşırım”, “Gümüşgöl əfsanəsi”, “Küçələrə su səpmişəm” kimi filmlərin ərsəyə gəlməsində Nicat Feyzullayevin böyük rolu olub.(Bizim.Media)
 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...