Xaçmazda dəmir yolundan oğurluq edən şəxs saxlanıldı

Xaçmazda dəmir yolundan oğurluq edən şəxs saxlanıldı

Xaçmazda dəmir yolundan oğurluq edən şəxs Sumqayıtda saxlanılıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri zamanı dəmir yolundan oğurluq etməkdə şübhəli bilinən Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Rahim Vəliyevi saxlayıblar.

 

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs dəmir yolunun Baş Sumqayıt-Güzdək mənzilinin 23-cü kilometrliyindən işlək vəziyyətdə olan rabitə naqilini kəsərək oğurlayıb və satıb.

 

Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsinin istintaq qrupunda cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keç...

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA)...

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər...

Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Oxu....

Nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT - FOTO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib.   Sfera.az xəbər verir ki,...

Məşhur aktrisa sevgilisini öldürdü - FOTO

Avstraliyada realiti-şou və reklam filmləri ilə tanınan 34 yaşlı aktrisa Tamika Çesser, sevgilisi Culian Storini amansızcasına qətlə yetirməkdə və cəsədini hiss...