Rusiyadan Ermənistana yeni silahlar
Dünya
14:52 / 17.10.2016
1259
Rusiya ilə Ermənistan arasında yeni silah müqaviləsi imzalanıb.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Sergey Minasyan bildirib. Ekspertin sözlərinə görə, razılıq Rusiya prezidenti Vladimir Putin və onun erməni həmkarı Serj Sarkisyan arasında İrəvanda keçirilən KTMT-nın (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) iclasında əldə olunub.
"Bəli, belə bir məlumat var. Razılaşma tam realizə olunmadığı üçün hansı silahların alındığını deyə bilmərəm. Lakin razılaşmanın olması silah tədarükünün ən qısa zamanda gerçəkləşəcəyini deməyə əsas verir”.
Qeyd edək ki, Rusiya 2015-ci ildə Ermənistana silah almaq üçün 200 milyon dollar həcmində kredit ayırıb.