Ayanın şikayətçi olduğu məsələ nəzarətə götürüldü - VİDEO

Ayanın şikayətçi olduğu məsələ nəzarətə götürüldü - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Ayan Babakişiyeva Nəsimi ərazisində yerləşən binanın qəzalı vəziyyətə düşməsindən şikayətçidir.

 

Sfera.az xəbər verir ki, Tbilisi prospekti, Ənvər Hüseynov küçəsi 7-də yerləşən binanın parkinqinə su dolmasını və sakinlərin təhlükədə olmasını iddia edənlər az deyil. Belə ki, müğənninin meneceri saytımıza bildirdiyi məlumata görə, iki aydır problemlə maraqlanan yoxdur:

 

“Bu məsələ sakinləri, bizi də çox narahat edir. Bina əməlli-başlı təhlükəli vəziyyətə düşüb. Parkinq ərazisinə yığılan su ekspertizaya göndərilib. Məlum olub ki, bu, “Şollar” suyudur. Amma qrunt sularıdır deyirlər. Əslində, məsələni çox yaysalar, buna bir əlac qılan olar. Hələ ki, gözləyirik. Tədbir görülməsə, çox güman köçüb gedəcəyik”.

 

Məsələ ilə əlaqədar Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, OLAY-a bildirib ki, məsələdən xəbərdardırlar və qurumun əməkdaşları hadisə yerinə göndərilib.

 

Anar Cəbrayıllı onu da qeyd edib ki, problem nədirsə, araşdırılacaq. (OLAY)

 


OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun vaxtı tezliklə açıqlanacaq

Rusiya ilə Ukrayna arasında gedən müharibədə atəşkəsə dair diplomatik səylər davam edir. Kreml sözçüsü Dmitri Peskov üçüncü danışıqlar raundunun tarixinin yaxın...

İyul ayında 40 dərəcə isti olacaq

İyul ayı Respublikada yay fəslinin ən isti ayıdır. Hava şəraitinin sabitləşməsi və günəşin təsiri altında iyulda havanın temperaturu iyun ayına nisbətən daha 3-...

"KamAZ" VAZ-la toqquşdu: ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadiəsi baş verib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Eyvazallar kəndi ə...

Elarizin qızı məhkəmədə ifadə verdi

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı qaldığı y...

Dünənki qəzada həlak olan vəzifəli şəxs və sərnişinin- FOTOSU

Xəbər verdiyimiz kimi, iyunun 29-u Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.   Sfera.az ...

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanıldı – FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.   Sfe...