Baş Prokurorluqdan Elnarə Bəkirovanın iddialarına - Reaksiya

Baş Prokurorluqdan Elnarə Bəkirovanın iddialarına - Reaksiya

Baş Prokurorluq tanınmış modelyer Elnarə Bəkirovanın atası Kamran Bəkirovun qətli ilə bağlı cinayət işinin istintaqına etiraz etməsinə münasibət bildirib.

 

Sfera.az-ın məlumatına görə, qurumdan “Qafqazinfo”ya bildirilib ki, Kamran Bəkirovun öldürülməsinə dair cinayət işinin istintaqı Sabunçu Rayon Prokurorluğunda davam etdirilir:

 

"İş üzrə 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və 1984-cü il təvəllüdlü Namiq Əliyev Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. İstintaqın gedişində Elnarə Bəkirova zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq Cinayət Prosessual qanunvericilikdə müəyyən edilən hüquqları izah olunub və ifadəsi alınıb. Hazırda cinayət işi üzrə istintaq davam edir. Nəticəsi barədə əlavə məlumat veriləcək.

 

Bundan başqa, Elnarə Bəkirovanın sosial şəbəkə və mediada yayılmış oxşar məzmunlu müraciətində göstərdiyi xüsusatlar istintaqın gedişində tam, hərtərəfli və obyektiv yoxlanılaraq müvafiq qərarın qəbul edilməsi təmin olunacaq".

 

Qeyd edək ki, aprelin 6-da Sabunçu rayonunda 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub. Həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

 

Prokurorluqdan bildirilib ki, hadisə Nardaran qəsəbəsində pul mübahisəsi zəminində baş verib. K.Bəkirovun küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun "Ləhiş bağları" ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.


OXŞAR XƏBƏRLƏR

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanıldı – FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.   Sfe...

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı dəyişdi

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.   Sfera.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı mə...

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanı...

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keç...

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA)...