AQTA-ya yeni səlahiyyət verildi

AQTA-ya yeni səlahiyyət verildi

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, “Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydası” təsdiq edilib.

 

Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, Bu Qayda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.11-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydasını müəyyən edir.

 

Bu Qaydaya əsasən xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

 

Bu Qaydaya əsasən Agentlik tərəfindən xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyi tanındıqda, bu texniki normativ hüquqi aktlara uyğunluğu təsdiq edilmiş müvafiq qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxalına yol verilir.

 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının ərazisinə qida və yem məhsulları idxal etmək istəyən ölkələrin qida təhlükəsizliyi sahəsində səlahiyyətli qurumları (bundan sonra – xarici səlahiyyətli qurum) xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması üçün bu Qaydaya uyğun olaraq diplomatik kanallar vasitəsilə Agentliyə müraciət etməlidir.

 

Qida təhlükəsizliyi ilə bağlı nəzarət prosedurları, qeydiyyat, təsdiq və sertifikatlaşma zamanı istinad edilən qida və yemməhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, həmin məhsulların ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyasına dair tələblər müəyyənləşdirən texniki normativ hüquqi aktların xarici səlahiyyətli qurumun müraciətinə uyğun olaraq hamısının, birinin və ya bir neçəsinin ekvivalentliyinin tanınması həyata keçirilə bilər.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...