Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin cəzası ağırlaşdırıldı

Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin cəzası ağırlaşdırıldı

Ötən ilin iyulunda Bakıda yerləşən şadlıq evlərindən birində məşhur tamada, “Laçın” musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlunu bıçaqlayan Məmməd Hüseynovun cəzası ağırlaşdırılıb.

 

Sfera.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində M.Hüseynovun hökmdən verdiyi şikayətə, həmçinin prokurorluğun protestinə baxılıb. Hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun şikayəti təmin edilməyib. Məhkəmə prokurorluğun protestini təmin edərək onun cəzasını 1 il artıraraq 4 il müddətinə həbs cəzasına məhkum edib.

 

Birinci instansiya məhkəməsində M.Hüseynovdan şikayətçi olmadığını və qarşı tərəflə barışdığını bildirən Natiq Dağlaroğlu apellyasiya məhkəməsindəki prosesdə iştirak etməyib.

 

Qeyd edək ki, toydan sonra oğlunu şadlıq evindən götürməyə gedən Natiq Dağlaroğlu orada 1987-ci il təvəllüdlü Məmməd Hüseynov ilə mübahisə yaşayıb və münaqişə zəminində musiqiçi bıçaqlanıb. M.Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.  (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

"KamAZ" VAZ-la toqquşdu: ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadiəsi baş verib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Eyvazallar kəndi ə...

Elarizin qızı məhkəmədə ifadə verdi

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı qaldığı y...

Dünənki qəzada həlak olan vəzifəli şəxs və sərnişinin- FOTOSU

Xəbər verdiyimiz kimi, iyunun 29-u Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.   Sfera.az ...

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanıldı – FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.   Sfe...

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı dəyişdi

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.   Sfera.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı mə...

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanı...