“Gənclik Mall”da söyüş söyən tələbə HƏBS EDİLDİ

“Gənclik Mall”da söyüş söyən tələbə HƏBS EDİLDİ

Bakıda tələbə ictimai yerdə söyüş söydüyü üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

 

Sfera.az xəbər verir ki, 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavid (şərti) pulunu itirməsi səbəbindən əsəbi olduğuna görə "Gənclik Mall” AVM-nin qarşısında telefonla ucadan danışaraq, nalayiq ifadələr işlədib. 

 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları xidməti zərurətlə əlaqədar "Gənclik Mall” AVM-in qarşısından keçərkən Rüfətin uca səslə təhqiramiz ifadələr işlətdiyini görüblər. Ona yaxınlaşaraq xidməti vəsiqələtini təqdim ediblər. Polislər Cavidi intizama dəvət edib, nəlayiq ifadələrinə son qoymağa çağırıblar. O, soyüş söyməyə davam etdirməklə, qaçıb getməyə cəhd göstərib. 

 

Cavid saxlanılaraq Baş İdarəyə aparılıb. O, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

 

Cavid məhkəmədə özünü təqsirli bilərək izahatında göstərib ki, pulunu itirməsi səbəbindən əsəbi olduğuna görə söyüş söyüb. 

 

Məhkəmənin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.(Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keç...

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA)...

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər...

Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Oxu....

Nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT - FOTO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib.   Sfera.az xəbər verir ki,...

Məşhur aktrisa sevgilisini öldürdü - FOTO

Avstraliyada realiti-şou və reklam filmləri ilə tanınan 34 yaşlı aktrisa Tamika Çesser, sevgilisi Culian Storini amansızcasına qətlə yetirməkdə və cəsədini hiss...

Tarif Şurasından dərman qiymətləri ilə bağlı QƏRAR

Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı qərar Tarif Şurasının bugünkü növbət...