Bakıda sabiq vəzifəli şəxsin oğlu sərxoş vəziyyətdə saxlanıldı - “Porsche Cayenne”lə...

Bakıda sabiq vəzifəli şəxsin oğlu sərxoş vəziyyətdə saxlanıldı - “Porsche Cayenne”lə...

Bakıda bir neçə gün əvvəl "Porsche Cayenne”nin sürücüsü içkili vəziyətdə tutulub. 

 

Sfera.az xəbər verir ki, Şıxaliyev Ramin Vidadi oğlu "Porsche Cayenne” markalı avtomobili Nərimanov rayonunda sərxoş vəziyyətdə idarə etiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb. 

 

Onun spirtli içkinin təsirində olması müayinə ilə sübuta yetirilib. Ramin Şıxaliyevin qanında alkoqolun miqdarı həmin gün saat 02.02-də 4.177 faiz olub. 

 

Şəxs əməlindən peşman olduğunu bildirib. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində protokol dərc edilib və iş məhkəməyə göndərilib. 

 

Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə prosessinə Ramin Şıxaliyev qatılmayıb. Məhkəmənin vaxtı və yeri barədə məhkəmə bildiriş göndərsə də, o, iclasa gəlməyib və bunun səbəbi barədə məlumat verməyib.

 

Əldə etdiyimiz digər məlumata görə, Ramin Şıxaliyev sabiq vəzifəli şəxsin övladıdır.(Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Elarizin qızı məhkəmədə ifadə verdi

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı qaldığı y...

Dünənki qəzada həlak olan vəzifəli şəxs və sərnişinin- FOTOSU

Xəbər verdiyimiz kimi, iyunun 29-u Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.   Sfera.az ...

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanıldı – FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.   Sfe...

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı dəyişdi

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.   Sfera.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı mə...

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanı...

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...