Talış kəndi istiqamətində avtobus marşrutu fəaliyyətə başladı

Talış kəndi istiqamətində avtobus marşrutu fəaliyyətə başladı

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas məqamlarından biri də Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə öz doğma torpaqlarında yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir.

 

Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus marşrutunun açılması ilə bağlı araşdırma aparılıb və marşrutun mövcud vəziyyətdə fəaliyyətə başlaması imkanları təhlil edilib. Kəndə avtobus marşrutunun açılması qərara alınıb.

 

İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçik tutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində 2 reys həyata keçirilir.

 

Rayon mərkəzindən 29 km məsafədə, dağlıq ərazidə yerləşən Talış kəndində hazırda 20 ailə olmaqla 90 nəfər məskunlaşıb. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

Elarizin qızı məhkəmədə ifadə verdi

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı qaldığı y...

Dünənki qəzada həlak olan vəzifəli şəxs və sərnişinin- FOTOSU

Xəbər verdiyimiz kimi, iyunun 29-u Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.   Sfera.az ...

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanıldı – FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.   Sfe...

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı dəyişdi

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.   Sfera.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı mə...

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanı...

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...