Polis olduğunu deyib 30 sürücünü aldatdı - VİDEO

Polis olduğunu deyib 30 sürücünü aldatdı - VİDEO

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutulub.

 

Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, sərnişindaşıma şirkətlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən paytaxt sakini Zeynalabdin Məlikzadə Binəqədi RPİ tərəfindən saxlanılı.

 

Müəyyən edilib ki, Zeynalabdin Məlikzadə onlayn yolla taksi şirkətlərinə əsasən iri marketlərin yaxınlığından sifarişlər verib. Taksi həmin yerə çatdıqda isə o, sürücülərlə əlaqə saxlayıb və özünü polis əməkdaşı kimi təqdim edib. Onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin elektron pul kisəsinə internet balansının artırılması adı altında pul köçürülməsini xahiş edib. Zeynalabdin Məlikzadə taksi sürücülərinə guya onun işlədiyi Polis Bölməsinə çatdıqları zaman ödənişi qaytaracağını bildirib. Zərərçəkənlər Zeynalabdin Məlikzadənin qeyd etdiyi Polis Bölməsinə yaxınlaşdıqda isə aldanıldıqlarını anlayıblar. Saxlanılan şəxs taksi sürücülərinin onunla əlaqə saxlamaması üçün onların telefon nömrələrini bloklayıb. Zərərçəkənlərin onun elektron pul kisəsinə ödədiyi maddi vəsaitləri isə müxtəlif proqramlar vasitəsi ilə nağdlaşdıraraq ələ keçirib. Zeynalabdin Məlikzadənin bu yolla 30-a yaxın taksi sürücüsünə qarşı dələduzluq etdiyi müəyyən edilib.

 

Aşkar edilən faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Zeynalabdin Məlikzadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

 

Qeyd edək ki, Zeynalabdin Məlikzadə bundan əvvəl də əmlak alqı-satqısı saytlarında saxta elanlar yerləşdirərək vətəndaşları dələduzluq yolu ilə aldatdığı üçün məhkum olunub.

 

 


OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun vaxtı tezliklə açıqlanacaq

Rusiya ilə Ukrayna arasında gedən müharibədə atəşkəsə dair diplomatik səylər davam edir. Kreml sözçüsü Dmitri Peskov üçüncü danışıqlar raundunun tarixinin yaxın...

İyul ayında 40 dərəcə isti olacaq

İyul ayı Respublikada yay fəslinin ən isti ayıdır. Hava şəraitinin sabitləşməsi və günəşin təsiri altında iyulda havanın temperaturu iyun ayına nisbətən daha 3-...

"KamAZ" VAZ-la toqquşdu: ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadiəsi baş verib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Eyvazallar kəndi ə...

Elarizin qızı məhkəmədə ifadə verdi

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı qaldığı y...

Dünənki qəzada həlak olan vəzifəli şəxs və sərnişinin- FOTOSU

Xəbər verdiyimiz kimi, iyunun 29-u Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.   Sfera.az ...

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanıldı – FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.   Sfe...