Ruslar Suriyada 49 il qalmaq istəyir
Dünya
14:23 / 17.10.2016
1094
Suriyanın Tartus şəhərində Rusiyanın hərbi-dəniz bazası yaradılacaq.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, bazanın yaradılması barədə saziş imzalanıb. Müqavilə 49 illik nəzərdə tutulub.
Rusiya parlamentində olan mənbənin sözlərinə görə, Suriyada hərbi bazanın yaradılması haqda sazişin ratifikasiya məsələsi bu ay ərzində Dövlət Dumasına çıxarılacaq.