Seperatçı öldürüldü
Dünya
11:06 / 17.10.2016
1391
Ukraynanın Donetsk şəhərində separatçıların liderlərindən biri öldürülüb.
Məlumata əsasən "Motorola” ləqəbli Arseniy Pavlov yaşadığı evin liftində quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində həlak olub. O, "Donetsk Xalq Respublikası”nın liderlərindən biri olub.
Separatçılar hadisənin törədilməsində Ukraynanın xüsusi xidmət orqanlarını ittiham edirlər.
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko əsgər ölümünə görə, "Motorola”dan intiqam alacağını bəyan etmişdi. Arseniy Pavlov Rusiyaya yaxınlığı ilə tanınıb.