67 milyon illik dinozavr skeleti 6,2 milyon dollara satıldı - FOTOLAR

67 milyon illik dinozavr skeleti 6,2 milyon dollara satıldı - FOTOLAR

İsveçrədə 67 milyon illik Tyrannosaurus Rex (T-Rex) dinozavr skeleti 6,2 milyon dollara hərraca çıxarılıb.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, skeletin adı açıqlanmayan avropalı şəxsi kolleksiyaçı tərəfindən alındığı bildirilib.

 

Hərraca çıxarılan Tyrannosaurus Rex (T-Rex) dinozavr skeleti 6,2 milyon dollara satılıb.

 

İsveçrə mətbuatında çıxan xəbərə görə, skelet Avropada ilk dəfə Sürixdəki Koller Hərrac Evi tərəfindən hərraca çıxarılıb.
11,6 metr uzunluğunda və 3,9 metr hündürlüyündə olan skelet "ən möhtəşəm T-Rex skeletlərindən biri" kimi təsvir edilib. 

 

Koller Hərrac Evinin sözçüsü, adı açıqlanmayan kolleksiyaçı tərəfindən alınan skeletin Avropada qalacağını bildirib.


293 ayrı sümükdən ibarət olan "293 Trinity" adlı skelet 2008-2013-cü illər arasında ABŞ-ın Montana və Vayominq bölgələrində qazıntı sahələrində tapılan üç fərqli T-Rex dinozavrın qalıqları birləşdirilərək yaradılıb.


Hərraca çıxarılan dinozavr skeletlərinin adətən çox hisəsi qəliblərdən ibarət olduğu halda, “293 Trinity”nin yarıdan çoxunun həqiqi sümüklər olduğu vurğulanıb.

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR