Üç universitetin tələbələri arasında dava - Bıçaqlanan var

Üç universitetin tələbələri arasında dava - Bıçaqlanan var

Bakıda tələbələr arasında dava olub, xuliqanlıq hərəkətləri törədilib.

 

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün 2003-cü il təvəllüdlü tələbəyə kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən, müxtəlif ali təhsil müəsissələrindən olan bir neçə tələbə saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Faktla bağlı Nərimanov RPİ-də xuliqanlıq ittihamı ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, hadisə zamanı 3 universitetin tələbələri davaya qarışıb. Xəsarət alan tələbə hazırda xəstəxanadadır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...