“Rusiyada inflyasiya güclənəcək” - Belyayev

“Rusiyada inflyasiya güclənəcək” - Belyayev

Son aylarda Rusiya rublunun ucuzlaşması bu ölkədə inflyasiyanın güclənməsinə səbəb olacaq. 


Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu rusiyalı iqtisadçı-ekspert Mixail Belyayev bildirib. 


O xatırladıb ki, Rusiya çoxlu miqdarda xarici məhsul, maşın və müasir avadanlıq idxal etməyə davam edir: “Bunu nəzərə alsaq, dollar və avronun rubla nisbətən məzənnəsinin yüksəlməsi iqtisadiyyata mənfi təsir göstərir və istehlakçılar üçün qiymətləri artırır. Məzənnə iqtisadiyyatın ümumi vəziyyətindən, onun səmərəliliyindən, bir sıra iqtisadi proseslərdən asılıdır”. 


İqtisadçı deyib ki, Rusiya öz sənayesi, avadanlıqları, dəzgahları və digər əşyalar üçün xeyli sayda komponent almalıdır. Belyayev əmindir ki, bunsuz iqtisadiyyatın bərpası və məhsuldarlığın artması mümkün deyil:

 

“Amma məzənnənin dinamikası, rublun zəifləməsi səbəbindən belə məhsulların idxalı getdikcə bahalaşır ki, bu da son nəticədə istehlakçıya təsir edir. Aşağı məzənnə əlbəttə ki, ixracatçılara kömək edir. Daha çox qazanırlar, büdcəyə daha çox ödəyirlər. Lakin büdcə bütün iqtisadiyyatı əhatə etmir, ancaq onun cəmi 20-30 faizini təşkil edir”. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...