Havaların soyuq keçməsi kənd təsərrüfatı məhsullarının inkişafına necə təsir edəcək? - Ekspert

Havaların soyuq keçməsi kənd təsərrüfatı məhsullarının inkişafına necə təsir edəcək? - Ekspert

Respublika ərazisində hökm sürən qeyri-sabit hava şəraiti kənd təsərrüfatı məhsullarının yetişməsi üçün müsbət hal sayılmır.

 

Maraqlıdır, soyuq havalar bitkiçiliyə, kənd təsərrüfatına necə təsir edəcək?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan kənd təsrrüfatı məsələləri üzrə ekspert Aydın Mənsimov tempraturun kəskin şəkildə aşağı düşməsinin kənd təsərrüfatında müəyyən problemlər yaradacağını deyib:

 

“Bəzi meyvə və bitkilərin çiçəklənmə dövrü yekunlaşıb. Bundan sonra havanın tempraturu aşağı olarsa, bu, meyvəçiliyə ciddi ziyan verə bilər. Ümumilikdə isə kənd təsərrüfatı sahəsi çox risklidir. Bu sektor hava, iqlim şəraitindən sığortalanmayıb. Son günlər, xüsusilə yaz ayları üçün xarakterik olmayan soyuq hava kənd təsərrüfatına ham mənfi, həm də müsbət təsir edir.

 

Müsbət təsir özünü taxılçılıqda göstərir. Belə ki, qarın, yağışın yağması torpaqda münbitliyi, nəmi artırır. Bu da taxıl bitkilərinin inkişafı üçün çox yaxşıdır".

 

Ekspert soyuq hava şəraitinin bostan bitkiləri üçün də xeyirli ola biləcəyini vurğulayıb:

 

“Tərəvəz məhsullarını  aprelin ikinci ongünlüyündən sahələrə köçürməyə başlayırlar. Xüsusən də pomidor, xiyar və digər bostan məhsullarının əkini aprelin ortalarından başlayır. Bu baxımdan soyuq hava kütləsi bostan bitkilərinin inkişafına müsbət təsir edəcək. Meyvəçiliklə məşğul olan fermerlər şaxtalı havadan sonra bəzi qabaqlayıcı tədbirlər görməlidir. Torpağa kompleks gübrələr verilməli, torpaq yaxşıca bellənməlidir”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...