Google Azəri Günelə 46 yaş verdi - FOTO
Maqazin
19:36 / 15.10.2016
1447
Dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış şirkət olan "Google"ın bezdirici paylaşımlarına, bu dəfə tanınmış estrada müğənnisi Azəri Günel tuş gəlib. Belə ki, əcnəbi saytların birində Günelin illər öncə çəkdirdiyi fotosu bu başlıqla yayımlanır: "46 yaşımda, 25 yaşımdakı kimi görünürəm! Hamısı ona görə ki, mən səhərlər..."
Sfera.az primetime.az-a istinadən bildirir ki,Günel Rəhman qızı Zeynalova 1985 ci ilin 25 oktyabr tarixində dünyaya gəlib. 31 yaşın içində olan müğənninin 46 yaşlı xanım kimi göstərilməsi heç bir məntiqə sığmır. Onu da vurğulayaq ki, bu tip saytlarda belə ucuz reklamlara tez-tez rast gəlinir. Və ən çox xarici ulduzlar aldadıcı paylaşımların "qurban"ına çevrilir.