35 min əvvəl insanlar belə olub

35 min əvvəl insanlar belə olub

Braziliyalı mütəxəssislər rəqəmsal üsulla 35 min il əvvəl yaşamış misirlinin üzünü canlandırıblar.

 

Sfera.az xəbər verir ki, dünyanın marağına səbəb olan bu işin müəllifləri arxeoloq Moasir Elias Santos və 3Ddizayneri Cicero Moraesdır. Onlar 1980-ci ildə Misirdə arxeoloji sahədə tapılan insan skeleti qalıqlarından rəqəmsal təsviri yenidən yaratmaq üçün istifadə ediblər.

 

Daha sonra antropoloji təhlillər nəticəsində skelet qalıqlarının 17-29 yaşında ölən Afrika əsilli kişiyə aid olduğu müəyyən edilib. Təhlil göstərib ki, onun boyu təxminən beş fut üç düym (1 fut həm də 12 düymə bərabərdir, bir fut özü isə 30,48 sm, 1 düym isə 2,54 sm-ə bərabər götürülür-red.) hündürlüyündə olub.

 

Komanda arxeoloqlara skelet qalıqlarından ölmüş şəxsin üz cizgilərini yenidən yaratmağa kömək edən üz yaxınlaşması prosesindən istifadə edib.

 

“Bir neçə il əvvəl biz artıq ən məşhur fosil nüsxələri ilə insan təkamülü ilə bağlı bir sıra təxminlər  üzərində işləyirdik”, – Ponta Qrossadakı Ciro Flamarion Cardoso Arxeoloji Muzeyinin arxeoloqu Moasir Santos CNN-ə bildirib. Onlar bu üsuldan araşdırmanın əsasını təşkil edən kəllə sümüyünün fotoqrammetriyasını inkişaf etdirmək üçün istifadə ediblər.

 

Fotoqrammetriya insan skelet qalıqlarını araşdırdıqdan sonra etdikləri fotoşəkillərdən 3D təsvirlərin çıxarılması prosesidir.

 

Bu proses mütəxəssislər tərəfindən insanların əsrlər boyu necə inkişaf etdiyini müəyyən etmək üçün istifadə edilib.


OXŞAR XƏBƏRLƏR

İcra başçısının oğlunun Tiktok paylaşımları müzakirə yaratdı - VİDEO

Ərzurum merinin oğlunun paylaşımı müzakirələrə səbəb olub.   Sfera.az Milli.Az-a istinadla xəbər verir ki, Ərzurum meri Mustafa Çiftçinin oğlu T...

Gəncə sakinini bıçaqlayan şəxs tutuldu

Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qr...

Prezident Ağdamın Kəngərli kəndinin açılışında iştirak edib - FOTO - YENİLƏNİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

Temperatur 4-6 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.   Sfera.az xəbər v...

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...