Hacıbala Abutalıbovun villasının FOTOLARI

Hacıbala Abutalıbovun villasının FOTOLARI

Milli Məclisin dünənki plenar iclasında seçicilərimin Suraxanı rayonunun ərazisinin 4 nəfər tərəfindən zəbt olunması barədə etdikləri kollektiv müraciətləri əsasında bu haqda çıxış etdim”.

 

Sfera.az xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib.

 

Deputat qeyd edib ki, həmin şəxslərdən biri də 5 il Suraxanı rayonunun icra başçısı işləmiş Hacıbala Abutalıbovdur:

 

"Özünü mütrüf kimi göstərən bu şəxsin illərlə bağlı qalan 2-cə villasına diqqət edin. Bunlardan biri Qaraçuxur qəsəbəsinin Rafiq Alıcanov küçəsində, digəri Şərq yaşayış massivində yerləşir.

 

Görün, nə qədər ərazini zəbt edib. Seçildiyim Qaraçuxur və Yeni Günəşlidə uşaq bağçası, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat evinə ciddi ehtiyac var. Körpə balaları qarlı- yağışlı günlərdə başqa ərazilərdəki baxçalara və internatlara aparırlar.

 

Əgər Hacıbala müəllimin vicdanı olsa qapısını açmadığı ona məxsus bu əzəmətli villaları uşaqların ixtiyarına versə, Allaha da xoş gedər. Əks təqdirdə hökumətin bu işə qarışması vacibdir. Çünki adını çəkdiyim digər 3 şəxs və Hacıbala Abutalıbov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Suraxanı rayonundakı hektarlarla ərazini qanunsuz zəbt ediblər. Bu, mənə edilən müraciətlərdə yalnız 2 villadır”.

 


OXŞAR XƏBƏRLƏR

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul ELAN EDİLDİ

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.   Bu barədə Sfera.az-a Dövlət İ...

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...