150 ​​min fotoşəkil çəkdi, ölənə qədər heç kim bilmədi - Sirli şəxsiyyət kimdir?

150 ​​min fotoşəkil çəkdi, ölənə qədər heç kim bilmədi - Sirli şəxsiyyət kimdir?

Sağlığında qırx mini rəngli olmaqla yüz əlli mindən çox fotoşəkil çəkən Vivian Maierin fotoşəkilləri ölümündən sonra təsadüfən ortaya çıxıb. Hətta hərracda aldığı neqativləri internetdə yerləşdirən Con Maluf da bunun necə təsir bağışlayacağından xəbərsiz idi.


Sfera.az Maierin hekayəsinə nəzər salır:
 

Arxivi saxlayan qalereyaya görə, Vivian Maier çap, neqativ, slayd və onlarla işlənməmiş filmdən ibarət 150 mindən çox fotoşəkil çəkib.


2009-cu ildə bir auksionda Maierin neqativləri ilə rastlaşan Con Maluf həmin il Flickr-da ağ-qara şəkillərini paylaşmışdı. Bu fotolar o qədər diqqət çəkdi ki, Maloof sonda “Vivian Mayeri tapmaq” adlı sənədli film çəkib.
 

Hal-hazırda, Howard Greenberg qalereyasında nümayiş olunan rəngli fotoşəkillər və əvvəllər paylaşılan ağ-qara fotoşəkillərlə birlikdə bu kolleksiyaya "Vivian Maier: Rəng Əsərləri" adlı kitab əlavə edilmişdir.

 

Vivian Maier isə hələ də sirr olaraq qalırdı.
 



Ömrü boyu gözətçi, bəzən isə qulluqçu işləmiş küçə fotoqrafı Maierin portretləri və fotoşəkilləri üzərində edilən bütün təhlillərə baxmayaraq, özü haqqında çox şey məlum deyil; bu bilinməyənlər arasında niyə minlərlə fotoşəkili özünə saxladığı da daxil olmaqla.


Amma bir şey varsa, o da əsərlərinin düşünülmüş çərçivəyə salınması, işıq və kölgədən maraqlı istifadə edilməsi və insan duyğularını əks etdirməsinin füsunkar xarakteridir.

 

Maierin ağ-qara fotoşəkillərinin üzə çıxmasından 13 il keçsə də, o, sağlığında heç vaxt layiq olduğu diqqəti görməyib. Mayerin fotoşəkillərinin neqativlərini auksionda tapıb sonradan Flicker-də paylaşan Con Maluf bu günə qədər doğan marağın böyüməsində böyük rol oynayıb.
 

İlk dəfə 2019-cu ildə nəşr olunan onun fotoşəkilləri ilə dolu sərgi və Maierin rəngli fotoşəkillərindən ibarət kitab gündəmin yeni mövzuları olub. Bu yeni fotolarda rəng ön plandadır: çərçivələr fuşya çiçəkli papaqlar, parlaq rəngli şarlar, paltolar, sviterlər, yanğınsöndürən maşınlar və daha çoxu ilə doludur.
 

Maloof "Finding Vivian Maier" sənədli filmində hazırladığı tarix kitabı üçün fotoşəkilləri axtararkən getdiyi hərrac evində neqativlərlə dolu qutuya 380 dollar ödəyərək əsərlərlə necə tanış olduğunu izah edir.


Gördüklərindən təsirlənən Maloof Maier haqqında daha çox öyrənmək istəyib, bu isə asan olmayıv. Maloof heç vaxt evlənməmiş, övladı olmayan və istifadə olunmamış əşyaları toplamağı çox sevən Maluf Maierin neqativlərini, çaplarını, səs yazılarını və 8 millimetrlik plyonkasını, bir çox şəxsi əşyaları ilə birlikdə alıb saxlayıb.

 

1926-cı il fevralın 1-də Nyu-Yorkda anadan olan Maier uşaq ikən həm Fransada, həm də Nyu-Yorkda yaşayıb. O, şou aparıcısı Phil Donahue ailəsi də daxil olmaqla, çoxsaylı ailələrdə həm uşaq baxıcısı, həm də qulluqçu olub.


Maloof ailələrlə danışdıqdan sonra Maierin fərqli obrazı yaranmağa başlayıb. Böyüklər və Maier baxdığı bəzi uşaqlar onun fiziki şiddət və zorakılığa meylli olduğunu söyləyib. Bir qadın onu döydüyünü və boğazına yeməyi zorla soxduğunu, digəri isə onun yanında olanda həyatın daha macəralı olduğunu bildirib.

 

Onunla görüşənlər Maieri sirli, ekssentrik, paradoksal, cəsarətli və kifayət qədər məxfi kimi təsvir edirlər. İş o yerə çatıb ki, bir dost fotoların yayımlanmasına heç vaxt icazə verməyəcəyini bildirir.


Sanki bunu sübut etmək üçün Maierin bir çox avtoportretlərində özünün bir hissəsi və ya hamısı gizlənir, çox vaxt yalnız kölgəsi görünür.
Mayer fransız ləhcəsi ilə danışıb, baxmayaraq ki, bunun saxta olduğuna and içənlər var idi və insanlar Maierin Nyu-Yorkda doğulduğunu eşidəndə şoka düşürdülər. O, bəzən "Smith" adından da istifadə edir və Maloofun soyadını müxtəlif yollarla yazdığını görürdü.


Sənədli filmdə yayımlanan səs yazısında Maierin "Mən sirli qadınam"dediyi eşidilir. Nəzərə alsaq ki, 2009-cu il aprelin 21-də 83 yaşında dünyasını dəyişib, belə də qalacaq deyəsən.


Bunu fotoşəkillərin nümayiş etdirildiyi Howard Greenberg Qalereyasında Vivian Maier arxivini idarə edən Cortney Norman da deyir: “Ümumiyyətlə fotoşəkillərin dəqiq konteksti ilə yanaşı, çox şey sirr olaraq qalır. Biz fotoşəkillərin yerlərini və tarixlərini müəyyən edə bildik, lakin onların arxasında çox şey məlum deyil, çünki Vivian bizimlə deyil”.

 

Məlumdur ki, Malufun qalereyaya çəkdiyi fotoşəkillər daha çox 1950-1960-cı illərə aiddir.



1960-cı illərdən sonra başlayan rəngli fotoqrafiya Maierin həyatının sonuna qədər davam edib.



Maier həyatı boyu 40.000-ə yaxın rəngli fotoşəkil çəkib ki, bu da onun işinin əksəriyyətini təşkil edir.

 

"Bütün təxəyyülünə görə, təkcə kəmiyyət və anlayış baxımından deyilsə, həm də çox yüksək keyfiyyətli əsərləri var”.




Maier uşaqlardan tutmuş mağaza modellərinə və özünün fotolarını çəkib. Çox vaxt kölgələr, güzgülər və əkslərlə dolu olan fotoşəkillərindəki oynaqlığı asanlıqla hiss etmək olar.



Norman fotoları: "Həm kompozisiya, həm də emosional olaraq şəkli çəkə bildiyi və növbəti kadra keçə bildiyi, həqiqətən də mükəmməl bir an. Məncə, bu, həqiqətən də diqqətəlayiqdir"-deyə şərh edir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...