Meksika mumiyaları insanlar üçün təhlükəlidir - Alimlərdən XƏBƏRDARLIQ

Meksika mumiyaları insanlar üçün təhlükəlidir - Alimlərdən XƏBƏRDARLIQ

Keçən həftə Mexikoda keçirilən “Tianguis Turistico 2023” turizm sərgisində 1800-cü illərə aid altı Guanajuato mumiyası nümayiş etdirilib. Sərgidən bir neçə gün sonra tədqiqatçılar həyəcan təbili çalıblar. Alimlər qalıqların təqdim edildiyi vitrinlərin hermetik olmaya biləcəyindən ehtiyat edirlər.


Sfera.az bildirir ki, tədqiqatçılar qalıqlardan ən azı biri sərgi ziyarətçilərinə zərər verə biləcək göbələklə yoluxduğunu qeyd edir.
 

Bir qayda olaraq, cəsədlər tapıldığı yerin yaxınlığında sərgilənib. Lakin El Museu de las Momias ("Mumiya Muzeyi") eksponatları tez-tez dünyanı gəzir. Məsələn, 2009-cu ildə onlar artıq ABŞ-da nümayiş etdirilir. Qeyd edək ki, söhbət 111 Guanojuato mumiyasından gedir ki, onların bəzilərində saç, dəri və hətta paltarlar saxlanılıb. Tədqiqatçılar unikal yerli iqlimin, minerallarla zəngin torpaqların və bəzi hallarda balzamlamanın kömək etdiyinə inanırlar.
 

Cəsədlərin ilk dəfə 1833-cü ildə vəba epidemiyası zamanı infeksiyaların yayılmasına nəzarət səylərinin bir hissəsi olaraq basdırıldığı məlumdur. Bununla belə, tədqiqatçılar indi bu eksponatların sərgiyə gələnlərin sağlamlığı üçün təhlükəli ola biləcəyinə inanırlar. Meksika Milli Antropologiya və Tarix İnstitutunun (INAH) əməkdaşlarının sözlərinə görə, nümayiş etdirilənlərdən ən azı bir mumiya göbələklərə yoluxub və ziyarətçilər üçün təhlükə yarada bilər.


İnstitut əməkdaşları deyirlər ki, mumiyaların nümayiş olunduğu vitrinlərin əslində hermetik olduğuna əmin ola bilmirlər və buna görə də göbələklə yoluxmuş qalıqların sərgiyə gələn yüzlərlə ziyarətçiyə zərər verə biləcəyindən ehtiyat edirlər. Tədqiqatçılar həmçinin qeyd edirlər ki, sərginin təşkilatçıları tədqiqatçılardan məsləhət almayıb və səyahət edən mumiyaların sərgiyə gələn ziyarətçilərə yaratdığı bütün riskləri düzgün hesablamıblar.
 

Bildiyimiz kimi dəfn edildikdən sonra cəsədlər 1870-1958-ci illər arasında qazılıb. Qalıqların qazılmasının səbəbi o zaman Quanojuatoda qüvvədə olan vergi idi və qalıqların əbədi saxlanması üçün olan ödəniş idi. Nəticədə meyitlərin bir qismi yerdən çıxarılıb, daha yaxşı vəziyyətdə olanlar isə qəbiristanlıqdakı yaxınlıqdakı tikilidə saxlanılıb.


20-ci əsrdə insanların qalıqları yerli bir cazibə halına gəldi - qəbiristanlığın təşəbbüskar işçiləri mumiyalanmış qalıqlara baxa bilmələri üçün ziyarətçilərdən bir neçə peso (pul vahidi) alıb. 1969-cu ildə bina rəsmi olaraq "Mumiya Muzeyi"nə çevrilib və 2007-ci ildən 59 eksponatın nümayiş olunduğu daimi sərgi fəaliyyət göstərir.
 

Kolleksiyalar arasında dünyanın ən diqqət çəkən məqamlardan biri də vəba qurbanı olmuş hamilə qadının mumiyalanmış dölüdür. Qeyd edək ki, bu eksponat həm də dünyanın ən kiçik mumiyası hesab olunur.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycana gəldi

Noyabrın 10-da Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə ...

"Evdə tək"in aktyoru yeni seriala çəkilir

90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in ulduzu Makoley Kalkin uzun aradan sonra yenidən kamera qarşısına keçməyə hazırlaşır.   ...

Qana Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır -FOTO

Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP...

Təhsil işçilərinə yeni kartlar veriləcək - VİDEO

Təhsil işçilərinə güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları veriləcək.   Sfera.az-ın məlumatına görə, kartların veriləcəyi şəxslər müə...

“Qarabağ” “Zirə”yə böyük hesabla qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.   Sfera.az xəbər verir ki, turun qapanış matçında lider “Qarabağ” “Zi...

Monqolustan Prezidenti Azərbaycana səfərə gəldi

Monqolustan Respublikasının Prezidenti Uxnaaqiyn Xurelsux BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (...