Kapital Bank QR nağdlaşma xidmətini təqdim edir

Kapital Bank QR nağdlaşma xidmətini təqdim edir

Kapital Bank ölkədə ilk dəfə olaraq hüquqi şəxslər və fərdi sahibkarlar üçün daha bir rahat funksiyanı təqdim edir.

 

Sfera.az xəbər verir ki, artıq Müştəri Bank istifadəçiləri həm iOS, həm də Android əməliyyat sistemli cihazlar üzərindən mümkün olan QR nağdlaşdırma vasitəsilə nağdlaşdırma əməliyyatını birbaşa cari hesabdan edə biləcəklər. 

 

Yenilik sayəsində artıq sahibkarlar filiala gəlib vaxt itirməyəcəklər, həmçinin cari hesabdan vəsait nağdlaşdırmaq üçün çek kitabçasını gətirmək, onu doldurmaq, imzalamaq kimi işlərdən azad olunacaqlar. İndiyədək bu proses yalnız kart hesabından mümkün idi. QR vasitəsilə cari hesabdan nağdlaşdırma əməliyyatını Kapital Bank-da hesabı olan və Müştəri Bank sistemindən istifadə edən sahibkarlar və hüquqi şəxslər həyata keçirə bilərlər. Xidmətdən istifadə etmək üçün keçid – //onelink.to/ej5bbu

 

Qeyd edək ki, Müştəri Bank tətbiqi vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: ölkədaxili və ölkəxarici köçürmələr, büdcə ödənişləri, əməkhaqqı kartlarına mədaxil, biznes kartlarının sifarişi, mobil POS-terminalların sifarişi və istifadəsi, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, QR vasitəsi ilə biznes kartlardan nağdlaşdırma və s.


OXŞAR XƏBƏRLƏR

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...

Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Havalar soyuduqca bədənin müqaviməti azalır və orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma riski də artır. ...