Saxta bank təmsilçilərinə aldanmamaq üçün nə etməliyik? - Mütəxəssisdən AÇIQLAMA

Saxta bank təmsilçilərinə aldanmamaq üçün nə etməliyik? - Mütəxəssisdən AÇIQLAMA

Son vaxtlar vətəndaşlara saxta bank təmsilçiləri adından zənglər gəlir, şəxsi məlumatlar istənilir. Hətta birbaşa olaraq bankın nömrəsi ilə də zənglər edilir.

 

Maraqlıdır, dələduzluğun qurbanı olmamaq üçün vətəndaşlarımız nələrə diqqət yetirməlidir? Saxta zənglə həqiqi zəngi necə ayırd etmək olar?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bank nümayəndələrinin heç bir halda telefon zəngi vasitəsilə müştəridən şəxsi məlumatları tələb etməməli olduğunu deyib:

 

“Bütün dünyada bu kimi təhlükələr var. Bu təhlükənin qarşısının alınması üçün ilk növbədə vətəndaş öz təhlükəsizliyinə qayğı göstərməlidir. Bunun üçün elementar təhlükəsizlik qaydaları var. Yəni gələn zənglərə qarşı diqqətli olmaq lazımdır, bilmək lazımdır ki, hansısa bankın nümayəndəsi heç vaxt zəng edib müştəridən kart nömrəsi və digər məlumatları tələb etmir. Eyni zamanda sosial media hesablarına gələn mesajlara qarşı diqqətli olmaq önəmlidir. Bəzən hansısa şirkətin oxşar hesabını yaradıb insanlara aldadıcı mesajlar yollayırlar. Bu fərqi tutmaq üçün ayıq-sayıq olmaq lazımdır. Bu dəqiqə texnologiya o qədər inkişaf edib ki, müəssisənin hətta oxşar telefon nömrəsi ilə zəng edirlər. Bu zənglər internet üzərindən gerçəkləşir”. 

 


Mütəxəssisinin sözlərinə görə,  qarşıdakı zaman ərzində yeni təhlükələr meydana çıxacaq:


“Hazırda süni intellekt həlləri çıxdıqdan sonra bu təhlükəsizliklə bağlı məsələlər daha da çətinləşəcək, yeni təhlükələr meydana çıxacaq. Ona görə vətəndaş maksimum diqqətli olmalıdır.  Bundan başqa Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyini yanında Elektron Təhlükəsizlik Xidməti var. Bu xidmətin borcu qeyri dövlət sektoru, yəni vətəndaşların təhlükəsizliyinin qarşısının alınması üçün kömək göstərmək, maaarifləndirmə işi aparmaqdır. Əgər vətəndaş belə bir problemlə qarşılaşarsa, sözügedən quruma məlumat verilməlidir. Lakin onu da qeyd edim ki, Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti günün tələbləri səviyyəsində deyil. Bu qurumun resursları gücləndirilməli, işə yeni kadrlar götürülməlidir”.  

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi özləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...