Hesablama Palatası AzTV-də yoxlamalara başladı

Hesablama Palatası AzTV-də yoxlamalara başladı

Hesablama Palatası kollegiya qərarına əsasən aprelin 3-dən etibarən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) audit aparır.

 

Sfera.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Palatadan bildirilib.

 

Qeyd olunur ki, Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi "Hesablama Palatası haqqında" Qanunun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir və kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra verilir.


OXŞAR XƏBƏRLƏR