Fazil Mustafanın qardaşı saxlanılanlardan danışdı: "Həmin şəxslər..."

Fazil Mustafanın qardaşı saxlanılanlardan danışdı:

"Vəziyyəti yaxşıdır. Reabilitasiya müddətinin gedişatından asılı olaraq 7-10 gün ərzində evə buraxıla bilər".

 

Sfera.az xəbər verir ki, bu sözləri Oxu.az-a martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.

 

O bildirib ki, həkimlər qardaşının reabilitasiya prosesinin yaxşı getdiyini qeyd edirlər:

 

“Həkimlər müalicə və reabilitasiya prosesinin yaxşı getdiyini deyirlər. Hər şey yaxşı getsə, 10 gün ərzində evə buraxıla bilər. Düşmən gülləsi bizi ancaq yaralaya bilər, yolumuzdan döndərə bilməz”.

 

İlqar Mustafayev qardaşına qarşı sui-qəsdə cəhddə şübhəli bilinən dörd nəfərin saxlanmasına da münasibət bildirib:

 

“Bəli, məlumatlıyıq. Yəqin ki, həmin şəxslər hadisə yerinə gətiriləcəklər. Bu, istintaqın işidir, biz müdaxilə edə bilmərik”.

 

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

 

Xatırladaq ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.


OXŞAR XƏBƏRLƏR

"ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir" - Ərdoğan

ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir.   Sfera.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ameri...

Bu təhsil müəssisələrinə 24 mindən çox tələbə QƏBUL OLDU

29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa...

Bu baş nazirin adı Baydenin qəbul siyahısından çıxarıldı - FOTO

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından ç...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma ço...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çı...

Gələn il bu şəxslərin maaşı ARTIRILACAQ - Millət vəkili AÇIQLADI

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Əmək və...