Bir ailənin 4 üzvünü güllələyən şəxs ömürlük azadlıqdan məhrum edilə bilər - FOTO

Bir ailənin 4 üzvünü güllələyən şəxs ömürlük azadlıqdan məhrum edilə bilər - FOTO

Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Sfera.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmədə zərərçəkmiş şəxslərin hüquqi varisi kimi qətlə yetirilən ailənin iki oğlu tanınıb. Onlar hadisə qeydə alınan vaxt Bakıda olublar.

 

İş üzrə baxış iclası 12 aprelə təyin edilib.

 

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində qətlə yetirilən şəxslərlə uzun illərdir aralarında ədavət olduğunu deyib. Fuad Cəlilzadə verilmiş ittihamla təqsirli bilinərsə, 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilər.

 

Qeyd edək ki, hadisə ötən il dekabrın 2-də Beyləqan rayonunun Tatalılar kəndində qeydə alınıb. Rəsmi məlumata görə, kənd sakini, 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyevi, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqlarını evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələyib.

 

Fuad Cəlilzadəyə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə yetirmək) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. (APA)

 


OXŞAR XƏBƏRLƏR

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...