"Davam" “BİL - Bölgələrdəki İnkişaf Layihələri” həyata keçirir - FOTOLAR

Cari ildən etibarən “Davam” Gənclər Hərəkatının nəzdində region gəncləri ilə davamlı, dayanıqlı və müntəzəm şəkildə çoxvektorlu işin qurulmasını həyata keçirən, onların şəxsi inkişafına töhfə verməyi, karyera quruculuğuna dəstək olmağı, dövlət gənclər siyasətinin genişmiqyaslı imkanları haqqında konsultasiyalar həyata keçirməyi və ictimai fəaliyyət sahəsində bələdçi rolunu oynamağı hədəfləyən yeni çətir struktur vahidi BİLİK - Bölgələrdəki İnkişaf Layihələrinin İnteraktiv Koordinasiya Mərkəzi fəaliyyətə başlayıb.



Mərkəzin davamlı fəaliyyətinin qurulması məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatı və BİLİK Mərkəzinin təşkilatçılığı ilə “BİL - Bölgələrdəki İnkişaf Layihələri”nə start verilib.



Proqram çərçivəsində Gəncə, Ağstafa, Qazax, Şəmkir və Ucarda yeniyetmə və gənclər arasında təməl bacarıqların formalaşdırılması, layihələrin yazılması və təşkili, komanda quruculuğu, zamanın düzgün idarə edilməsi istiqamətində təlimlər həyata keçirilib. BİLİK Mərkəzinin rəhbəri Niyaz Əliyev tərəfindən baş tutan təlimlərin nəzəri hissəsinin ardından praktiki mərhələdə gənclər öz müxtəlif ideyalarını layihə formatında hazırlayıb auditoriya qarşısında təqdim ediblər.



Qeyd edək ki, proqram çərçivəsində mart ayı ərzində 6 təlim baş tutub və ümumilikdə 200-ə yaxın gənc bu təlimlərdən yararlanıb.

 

 


OXŞAR XƏBƏRLƏR

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...