Marketdəki atışma, deputata açılan güllə - Təhlükəsizliyimiz necə qorunur?

Marketdəki atışma, deputata açılan güllə - Təhlükəsizliyimiz necə qorunur?

Milli Məclisin deputatı Fazil Mustafaya edilən sui-qəsd cəhdi ictimai təhlükəsizlik mövzusunun yenidən aktuallaşmasına səbəb olub. Bunlardan biri də cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin qorunmasında "Təhlükəsiz Şəhər" sisteminin müasir tələblərə cavab verməsi ilə bağlıdır.

 

Mövzu ilə əlaqəli Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz xatırladıb ki,  ölkəmizdə "Təhlükəsiz Şəhər" sistemi 2009-cu ildən fəaliyyət göstərir:

 

Hiss olunur ki, DTX prosesi tam nəzarətə götürüb” — Osman Gündüz

 

“Bu sistem daxilində biometrik identifikasiya, video müşahidə və.s  tipli alt sistemləri mövcuddur və kütlə içərisindən yalnız axtarılan şəxsi seçməyə, hətta saxta nömrə ilə avtomobili və sahibini identifikasiya etməyə, izləməyə imkan verir. Bununla bağlı Prezidentin 15 may 2009-cu il tarixli fərmanı və Nazirlər Kabinetinin 2010-cu ildə qəbul edilən qərarları var. Videomüşahidə kameralarının quraşdırılacağı məkanlar, bu işə məsul qurumlar, bu işin reallaşmasına ayrılan vəsaitlərlə bağlı NK qərarına bir neçə dəfə əlavələr də olub. Əvvəllər DİN-in müşahidə kameraları yalnız əhalinin sıx hərəkətdə olduğu küçə və prospektlərdə, parklarda, idman kompekslərində quraşdırılırdı. Hazırda isə qeyd olunan qərara edilən dəyişikliklərdən sona  müşahidə  kameraların sayı və keyfiyyəti xeyli artırılıb. Son açıqlanan məlumatlara görə, Bakı şəhərində "Təhlükəsiz şəhər" sistemində təxminən  2300  nöqtədə 7 min müşahidə kamerası istifadəyə verilib. İnkişaf etmiş ölkələrdə isə müşahidə perimetrinə daxil olan ərazilər, hər 100 nəfərə düşən kamera sayı hədsiz yüksəkdir. Beynəlxalq təcrübəni, inkişaf etmiş ölkələrdə bu istiqamətdə atılan addımları müşahidə etdikdə görmək olar ki, ictimai təhlükəsizliyin qorunması və cinayətkarlığa qarşı mübarizədə "Təhlükəsiz şəhər" sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var. "Təhlükəsiz şəhər" sisteminin əsas  tərkib hissəsi olan videomüşahidə infrastrukturunun qurulması mövcud normalara görə DİN, FHN, yerli icra qurumları və Dövlət Şəhərsalma və Arxitektura  Komitəsinə həvalə edilib. Lakin görünən odur ki , bu infrasturkturun inkişaf etdirilməsi və dayanıqlığı ilə bağlı çatışmazlıqlar da mövcuddur”.

 

Ekspert qeyd edib ki, "Təhlükəsiz Şəhər"in əhatə dairəsi genişləndirilməli, bu məqsədlə Yol xəritəsi hazırlanmalıdır:

 

Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 624 cinayət hadisəsinin  üstü açılıb - AZƏRTAC

 

“Yeni tikilən binaların, obyektlərin təhvil-təslimində "Təhlükəsiz Şəhər" sisteminə qoşulan videomüşahidə sisteminin mövcudluğu təmin edilməlidir. Qaydalar bunu tələb etsə də, icrası istiqamətində problemlər var. Bu sistemin operatoru olan DİN bu prosesdə daha yaxından  iştirak etməlidir. Eyni zamanda yeni tikililərdə  telekommunikasiya və videomüşahidə sisteminin mövcudluğu və istismarı ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməlidir. Müasir dünyanın çağırışlarına uyğun olaraq "Təhlükəsiz şəhər" sisteminə  hətta maskada olan cinayətkarları identifikasiya etməyə imkan verən müasir video müşahidə sistemləri, təmassız biometrik texnologiyalar  quraşdırılmalıdır. İnkişaf etmiş ölkələr terrorçuluğa qarşı mübarizədə, identifikasiya məsələlərində süni intellekt həllərindən istifadəyə daha çox önəm verirlər. Bu təcrübələrin öyrənilməsi və ölkəmizdə tətbiqinə diqqət artırılmalıdır. "Təhlükəsiz şəhər" sisteminin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi,  kameralardan məlumatların ötürülməsi üçün optik şəbəkənin inkişaf etdirilməsi, məlumatların emal edilməsi üçün Data Mərkəzin gücünün artırılması, digər təhlükəsizlik  sistemləri ilə inteqrasiya böyük resurslar və peşəkar kadrlar tələb edir. Dünyada, o cümlədən son zamanlar ölkəmizdə baş verənlər və beynəlxalq təcrübədə göstərir ki, "Təhlükəsiz şəhər" tipli sistelmlər ictimai təhlükəsizliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, hökumətin bu məsələləri yenidən gündəmə gətirməsi, resurslar ayırması və təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi düşünürəm ki, faydalı olardı”.

 

Günay Rəsulqızı

 

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.


OXŞAR XƏBƏRLƏR

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...

Çində güclü sel: 110 mindən çox insan təxliyə edildi

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlara görə təxminən 73 min nəfər təxliyə olunub.   Sfera.az xəbər verir ki, bu barədə...

Rusiyada öldürülən qardaşların meyiti Bakıya gətirildi

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.   Sfera.az xəbər verir ki, “Ural Hav...