İşsizlikdən şikayətlənən "Moşu"ya VƏZİFƏ VERİLDİ

İşsizlikdən şikayətlənən

Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi işə başlayıb.

 

Sfera.az-ın məlumatına görə, Lent.az-a danışan aktyor bildirib ki, Mingəçevir teatrında həm aktyor, həm də quruluşçu rejissor kimi çalışacaq.

 

“Artıq ilk tamaşanı hazırlayıb təhvil vermişəm, premyeramız da baş tutub. Yenidən səhnədə olmaq mənə yeni enerji verib. Yolunuz düşsə, buyurun gəlin, Mingəçevirə, maraqlı tamaşalardan zövq alın”, - o bildirib.

 

Qeyd edək ki, bir müddət öncə aktyorla telefon söhbətimiz zamanı o işsiz olduğunu və yaradıcılığında heç bir yenilik baş verməməsinə görə əsəbləşdiyini bildirmişdi.

 

Valeh Kərimov teatrda və kinoda çoxlu sayda maraqlı obrazlar yaratsa da, xalqın yadında "Bəxt üzüyü" filmindəki Moşu obrazı ilə daha çox qalıb, daha çox sevilib.


OXŞAR XƏBƏRLƏR

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...