“Bu avtomobillər bahalaşacaq” - Nazirlər Kabinetinin yeni qərarının mümkün təsirləri

“Bu avtomobillər bahalaşacaq” - Nazirlər Kabinetinin yeni qərarının mümkün təsirləri

Nazirlər Kabineti “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərar qəbul edib.

 

Qərarda qeyd edilir ki, “Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın”.

 

Maraqlıdır, yeni qaydanın tətbiqi avtomobil idxalında gömrük rüsumlarının azalmasına səbəb ola bilərmi? Ümumiyyətlə, bu məhdudiyyət avtomobil bazarına hansı formada təsir edəcək?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərin sözlərinə görə, yay fəslində bəzi avtomobillər bahalaşa bilər:

 

“Nazirlər Kabinetinin yeni qərarı ölkədə avtomobil parkının yenilənməsinə və ekeoloji vəziyyətin yaxşılaşdırılmasına yönlənib. Belə ki, yaşı 10-dan çox olan avtomobillərin sayı ölkəmizdə həddindən çoxdur. Son illər ərzində Gürcüstandan Azərbaycana ömrünü başa vurmuş, yararsız, metallom daşınıb. Bunun qarşısı qismən alınacaq. Həmçinin, ola bilər ki, bu qərarın verilməsi yeni bir qərarı şərtləndirir. Yəni mümkündür ki, Azərbaycan Avro-4 standartlarından Avro-5 standartına keçid etsin. Onu da qeyd edim ki, bu qərardan sonra yay mövsümündə ikinci əl avotomobil bazarında köhnə maşınların qiyməti 2 faiz yüksələ bilər.

 

Bununla yanaşı, qeyd etmək istərdim ki, qərarın qüvvəyə minmə tarixi 30 gün sonra üçün nəzərdə tutulub. Hazırda vətəndaşlarımızın xarici ölkələrdən aldığı minlərlə avtomobil Yaponiya, Cənubi Koreya, ABŞ kimi ölkələrdən gətirildiyi üçün yoldadır. Oradan da avtomobillərin gəmi ilə gətirilməsi minimum 2-3 ay vaxt aparır. Bəlkə də dövlət sosialyönümlü siyasətini nəzərə alaraq 30 gün müddətini 60 günədək uzatsa, yaxşı olar. Əks təqdirdə həmin avtomobillər Gürcüstan limanında qala, vətəndaşlarımıza maddi ziyam dəyə bilər”.

 

Ekspert mühərrik həcmi kiçik olan avtomobillər üçün gömrük rüsumlarının azaldılmasının uyğun olduğunu da vurğulayıb:

 

“Yeni qaydanın tətbiqindən sonra ölkəmizə idxal olunan yeni avtomobillərin gömrük rüsumlarının azaldılması yaxşı olardı. Dövlət artıq bu istiqamətdə müəyyən addımlar atıb. Belə ki, ölkəmizə idxal olunan hibrid avtomobillər və elektromobillər üçün güzəştlər tətbiq edilib. Elektromobillər ümumiyyətlə bütün gömrük rüsumlarından azaddır, hibrid  avotomobillər isə idxal zamanı ƏDV-dən azad edilib. Düşünürəm ki, gələcəkdə yeni və mühərrik həcmi kiçik olan avotomobillər üçün müəyyən güzəştlərin tətbiq edilməsi avtomobil bazarına müsbət təsir edərdi”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...