“Bu şəxslərin qorumasını gücləndirmək lazımdır” – Təhlükəsizlik üzrə ekspert

“Bu şəxslərin qorumasını gücləndirmək lazımdır” – Təhlükəsizlik üzrə ekspert

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd təşkil edildikdən sonra deputatların şəxsi mühafizəsinin gücləndirilməsi məsələsi aktuallaşıb.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev terrorçuların diqqət mərkəzində olan şəxslərin qorunmasının ön plana çəkilməsini təklif edib:

 

“Nəinki millət vəkilləri, ictimai şəxslər, sahibkarlar, yüksək dövlət vəzifəli məsul şəxslər, qiymətli əşyaların daşınması ilə məşğul olan şəxslərin təhlükəsizlik məsələsi həmişə ön planda olmalıdır. Nəzərə almaq lazmdır ki, bu insanlar terrorçuların həmişə diqqət mərkəzində olur. Onlar hədəf seçdikləri şəxsləri bir müddət izləyir, araşdırırlar və boşluqdan istifadə edərək çirkin niyyətlərini gerçəkləşdirirlər. Düzdür, dünyada soyğunçuluqdan, sui-qəsddən 100 faiz sığortalanmaq kimi bir anlayış yoxdur. Lakin bunun üçün önləyici tədbirlər maksimum dərəcədə görülməlidir”.

 

Ekspert xaricdəki mühafizə məsələsinin ölkəmizdə də tətbiq edilməsinin zəruriliyindən danışıb:

 

“Nəzərə almaq lazımdır ki, əlində silah olan bir insanın həyata keçirəcəyi əməlin sonu dəhşətlidir. Ölkəmizdə şəxsi qorunma məsələsi aktual deyil, ancaq xarici təcrübədə ictimai, tanınmış şəxslərin mühafizələri olur. Belə olan halda hansısa sui-qəsddən minimal zərərlə qurtulmaq mümkündür. Təbii olaraq bu qorunmanın təşkili şəxs tərəfindən könüllü təşkil edilir. Bu təcrübə bizdə də tətbiq edilsə, yaxşı olar. Deputat Fazil Mustafaya şəfalar diləyirəm. Düşünürəm ki, tezliklə bu cinayəti törədənlər tapılıb layiqli cəzalarını alacaqlar”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...