Əla oyun göstərdik - Millimizin baş məşqçisi

Əla oyun göstərdik - Millimizin baş məşqçisi

İkinci qola qədər oyunda qaldıq. Fikirləşirəm ki, əla oyun göstərdik. Top daha çox bizdə idi.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 0:5 hesabı ilə məğlub olduqları Avro-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

 

İtaliyalı mütəxəssis ikinci qolun həlledici olduğunu bildirib:

 

“İkinci topdan sonra onların hər imkanı qol oldu. Bizim də şanslarımız oldu. Heç-heçə edə bilərdik. 70-75 dəqiqə çatdırırıq, sonra bizə çətin olur. Rəqib fiziki cəhətdən çox güclü idi”.

 

67 yaşlı mütəxəssis sona yaxın gənc oyunçulara şans verdiyini vurğulayıb:

 

“Birinci hissədə rəqibi çətinliyə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir. İkinci hissədə gənclərə şans verdim. Başa düşürəm ki, nəticə acınacaqlıdır. Amma uşaqlara deyiləcək heç nə yoxdur”.

 

Baş məşqçi futbolçularının buraxılan qollardan sonra həvəsdən düşməməsini istəyib:

 

“0:2 hesabından sonra ruhdan düşməməliyik, əmin olmalıyıq ki, nəticəni dəyişmək olar. Bunu etməyi bacarmalıyıq”.

 

O, 60-cı dəqiqəyə qədər komandalar arasında səviyyə fərqinin hiss olunmadığını düşünür:

 

“Bizə qarşı hamıda yaxşı alınır. Yesper Karlsson bu gün cərimə zərbəsindən qol vurdu. Bizim canlı sədd də buna şərait yaratdı. İsveç fiziki cəhətdən çox güclü komandadır. Amma bir saatın tamamına qədər meydanda fərq elə də görünmürdü”.(Report)


OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...