"Dilarə Əliyeva qəbiristanlıqda qaynatasına dedi ki..."

Bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dostları Xəzər televiziyasında yayımlanan “Səhər mərkəzi” verilişində onun ölümündən danışıblar.

 

Sfera.az xəbər verir ki, xalq artisti Mübariz Tağıyev Oqtay Əliyevin xaraketindən söz açıb: “Çox pozitiv, qaranlıqda işıq axtaran, zarafatlarından qalmayan insan idi. Aramızda söz-söhbətlər də olurdu. Hərdən “Yeni ulduz” layihəsində bir-birimizi başa düşmürdük. Müzakirələr edirdik və axırda razılaşardıq. Oqtay Əliyev “Yeni ulduz” layihəsini yenidən bərpa etmək istəyirdi, başqa formatda…”

 

“Soy prodakşın"ın bədii rəhbəri Səyavuş Hüseynli isə Oqtay Əliyevin ürək əməliyyatı keçirməsi haqqında yayılan xəbərləri yalanlayıb: “Deyirlər, guya ürək əməliyyatı keçirib. Yalandır. İndi analizlərin cavabını gözləyirlər. Oqtay sükan arxasında huşunu və idarəetməni itirib. Səbəbi bilinmir, infarkt, yoxsa damar tıxanıqlığı olub.

 

Dilarə və Mehriban Zəki deyir ki, nə qədər çağırsalar da Oqtay cavab verməyib. Sükan arxasında yuxulu da olmayıb. İndi həkimlərdən cavab gözləyirik. Dilarə üçün təsəvvür edə bilmədiyimiz qədər ağırdır. Böyük itkidir. O, nə vaxt özünə gələcək, bilmirəm. Oqtay ailəsinə bağlı adam idi. Anası Elmira xanım deyir ki, Oqtay hər səhər və axşam zəng edib soruşurdu, nə lazımdır”.

 

Əməkdar artist Ülviyyə Əliyeva isə Dilarə Əliyevadan danışıb: “Dilarə toparlanmağa çalışır. Çox qayğıkeş insandır. Oqtayın valideynlərini və qızlarını düşünür. Oqtay Əliyev dəfn edilən zaman Dilarə qayınatası Vidadi bəyə dedi ki, evdə qızlarıma görə ağlaya bilmirəm. Burada isə siz varsınız. Sizə nəsə olsa, Oqtay məni bağışlamaz”.

 

Qeyd edək ki, Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Qəza zamanı avtomobildə əməkdar artist Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki də olub. Dilarə Əliyeva yüngül xəsarət alıb. Mehriban Zəki isə xəstəxanadadır.


OXŞAR XƏBƏRLƏR

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...