Əhalinin DİQQƏTİNƏ! 25-26 mart tarixlərində...

Əhalinin DİQQƏTİNƏ! 25-26 mart tarixlərində...

Güclü geomaqnit qasırğası müşahidə olunur.

 

Bu barədə Sfera.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

 

Bildirilib ki, hazırda Günəşdə ləkələr müşahidə olunsa da, fəallıq aşağı səviyyədədir. Hər hansı alışma, tac kütlə atılması müşahidə olunmur. Buna baxmayaraq, mövcud vəziyyət yaxın 3 gün ərzində M sinfindən olan alışmanın yarana biləcəyini istisna etmir. Günəş küləyi ilə bağlı vəziyyət isə qeyri-stabildir.

 

Bunun əsas səbəbi 20-21 mart tarixlərində DSCOVR tərəfindən qeydə alınan tac kütlə atılmasının Yerə yaxınlaşmasıdır. STEREO-A koronoqrafından alınan təsvirlərin təhlili ümumi maqnit sahəsinin intensivliyinin 22 nTl-ya, Bz komponentinin maksimal kənaraçıxmasının 17 nTl-ya bərabər olduğunu göstərir. Bu parametrlərin ölçülən ədədi qiymətləri kosmik hava şəraitində kifayət qədər güclü həyəcanlaşmadan xəbər verir. Hesabat dövründə Günəş küləyinin sürəti 450-500 km/san intervalında, maksimal həddi isə 517 km/san olub. Günəş küləyində müşahidə olunan həyəcanlaşmaların növbəti 3 gün ərzində də davam edəcəyi proqnozlaşdırılır. Belə qeyri-stabil vəziyyət bu gün Yerdə əsasən yuxarı en dairələrində G3 (Kp=7, güclü) səviyyəli geomaqnit qasırğasına səbəb olub. Ümumilikdə isə səviyyəsi G2-G3 (Kp=6-7, orta-güclü) olaraq qiymətləndirilən geomaqnit qasırğası günün sonuna nisbətən səngiyərək G1-G2 (Kp=5-6, minor-orta) səviyyəsinə düşəcək. Bu proqnoz tac kütlə atılmasının təsirinin azalması ilə əlaqələndirilir. 25 və 26 mart tarixlərində ayrı-ayrı saatlarda G1 (Kp=5, minor) səviyyəli maqnit qasırğasının müşahidə olunacağı proqnozlaşdırılır.

 

Qeyd edək ki, belə maqnit qasırğaları bizim en dairələrinə nisbətən zəifləmiş halda gəlib çatsa da, eko-, bio- və texnosistemlərə öz mənfi yan təsirlərini göstərir. Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

 

Bundan başqa, əmələ gələn geomaqnit qasırğası səbəbindən yuxarı en dairələrində yerləşən ölkələrin əhalisi yaxın 3 gün ərzində əsararəngiz təbiət hadisəsinin - "avrora"ların ("qütb parıltıları"nın) şahidi olacaq.


OXŞAR XƏBƏRLƏR

Bu baş nazirin adı Baydenin qəbul siyahısından çıxarıldı - FOTO

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından ç...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma ço...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çı...

Gələn il bu şəxslərin maaşı ARTIRILACAQ - Millət vəkili AÇIQLADI

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Əmək və...

Avropa Liqasının ilk turuna START VERİLDİ

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin I turuna start verilir.    Sfera.az xəbər verir ki, ilk oyun günündə doqquz qarşılaşma keçir...

Prezidentə JF-17C təyyarələri TƏQDİM OLUNDU

Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasi...