Platonik sevgidən qurtulmağın 5 YOLU

Platonik sevgidən qurtulmağın 5 YOLU

Göstərdiyiniz sevginin qarşılığını almamaq çətindir. Bəzən çox sevdiyiniz biri sizə qarşı eyni hissləri göstərməyə bilər. Belə olanda siz sevgiyə və münasibətlərə inamınızı itirirsiniz. Həmçinin, məyusluq yaşayırsınız. Ancaq qəbul etməliyik ki, bunlar normal şeylərdir. Heç kəsi sevməyə məcbur etmək olmaz. 

 

Bəs, qarşılıqsız sevgiyə qapılanlar, ondan necə qurtula bilər? 

 

Sfera.az lent.az-a istinadən bildirir ki, platonik sevgidən qurtulmağın bir neçə sadə yolu var. Onları təqdim edirik:

 

Reallıqlarla üzləşin

 

Əgər hisslərinizə qarşılıq görmürsünüzsə, həqiqətdən qaçmayın. Onun sizi sevmədiyini qəbul edin. Bu vəziyyətin sizi incitdiyini unutmayın. Onun bəyənmədiyiniz və sevmədiyiniz tərəflərini ön plana çıxarın. Həmin şəxsi beyninizdə mükəmməlləşdirməyin. Ondan uzaqlaşın, bəyənmədiyiniz davranışlarını görməyə çalışın.

 

Özünüzü günahlandırmayın 

 

"Niyə məni sevmir" deyib düşünməyin. Çünki sevilməmək üçün heç bir səbəbiniz yoxdur. Amma qarşınızdakı insan sizin üçün doğru insan olmaya bilər. Sevgi və hisslərdə məntiq axtarmağa çalışmayın. Yəni sevginizə qarşılıq verməməyin başqa səbəblərini axtarmayın. 

 

Sosial şəbəkələrdə onu izləməyin 

 

Sevdiyiniz insanı daim izləmək istəyirsiniz. Amma hissləriniz qarşılıqsız olduqda, bu sizin üçün ağrılı olur. Buna görə çalışıb onu sosial şəbəkələrdə izləməyin, nə etdiyi ilə maraqlanmayın. Ən əsası isə "fake" profillər açmayın. 

 

Özünüzü dəyişməyin 

 

Hisslərinizin qarşılığını ala bilmədiyiniz üçün özünüzü dəyişdirməyə çalışmayın. Bu sənsən və heç vaxt başqası ola bilməzsən. Əgər olmağa çalışsan, gülməli vəziyyətə düşəcəksən. Niyə kimin üçünsə dəyişəsiniz axı? Olduğunuz kimi qalmağa və həmişə etdiyiniz işləri görməyə davam edin.

 

Beyninizi bəzi şeylərlə məşğul edin, boş durmayın

 

Davamlı olaraq onu düşünmək və onunla birlikdə olmağı xəyal etmək unutmanıza mane olacaq. Buna görə onu düşünməmək üçün tanışlarla, dostlarla görüşün. Özünüzü idmana verin və ya hər hansı incəsənət növündə sınayın. Yəni beyniniz nə qədər dolu olsa, bir o qədər tez unudacaqsınız. 


OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...