“Evdə tək"in ulduzu Makoley Kalkin ikinci dəfə ata oldu - FOTO

“Evdə tək

Hollivud tarixinin ən uğurlu uşaq aktyorlarından biri ikinci dəfə ata olub.


Sfera.az bildirir ki, 42 yaşlı amerikalı aktyor Makoley Kalkin və onun nişanlısı, 34 yaşlı aktrisa və model Brenda Sonq üç ay əvvəl Milad günündə ikinci övladlarını qarşılayıblar.


Rəsmi olaraq, ulduz cütlük xəbəri təsdiqləməyib, lakin jurnalistlərin bildirdiyinə görə, onların Carson adlı bir oğlan uşağı olub.
 

Makoley və Brendanın 2021-ci ilin aprelində dünyaya gələn Dakota adlı oğlu da var. Cütlük 5 ildir birlikdə olub və keçən il nişanlanıb, lakin şəxsi həyatlarının təfərrüatlarını nadir hallarda reklam edirlər.


Brenda iki il əvvəl ilk övladını dünyaya gətirəndə də xəbəri gizli saxlamağa çalışıblar.
 

Xatırladaq ki, “Evdə tək”in ulduzu və Brenda 2017-ci ildə Taylandda “Dəyişən Torpaq” filminin çəkiliş meydançasında tanış olublar. Münasibətlərini uzun müddət gizlədən cütlük, hətta ortaq fotolarını belə paylaşmayıb. 2021-ci ilin aprelində onların Kalkinin mərhum bacısının adını daşıyan Dakota Sonq adlı bir oğlu olub.
 

Qeyd edək ki, Dakota Culkin 2008-ci ildə avtomobil tərəfindən vurulmuşdu.


(Ətraflı burada)


Brendadan əvvəl Kalkin aktrisa Rachel Miner ilə evli olub, lakin evlənənən zaman cəmi 17 yaşları var idi və bu evlilik boşanma ilə başa çatıb.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Zirəddinin 7 il öncəki ŞOK proqnozu: “Rəisi də buna görə ölmüş ola bilər”

İsrailin “Hizbullah”a qarşı Livanda keçirdiyi peycer əməliyyatı bütün dünyada təəccüblə qarşılanıb.   Baş verən partlayışlardan sonra tan...

Blinken İlham Əliyevi təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb.   Sfera.az xəbər verir ki, m...

İcra hakimiyyətində ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.   Sfera.az-ın xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiy...

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...