Naxçıvanda Türkiyə vətəndaşları arasında - Kütləvi dava

Hadisə
10:51 / 18.03.2023
8723
Naxçıvan Muxtar Respublikasında Türkiyə vətəndaşı olan bir qrup şəxs arasında kütləvi dava-dalaş olub.
Sfera.az-ın məlumata görə, hadisə vaxtı Naxçıvan Dövlət Universitetinin tələbələri olan 1999-cu il təvəllüdlü U.Dost və S.Abdulrahim döyülüb. Xəsarət alan tələbələrə tibbi yardım göstərilib.
İlkin araşdırma zamanı onların Türkiyə vətəndaşı olan 1997-ci il təvəllüdlü F.Demir və 2001-ci il tvəllüdlü Y.Subaşı tərəfindən xuliqanlıq zəminində döyülməsi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir. (Qafqazinfo)